Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (9-09-2022, 22:09)
Çin ABŞ-ın 600 milyardını necə ələ keçirib?

 Qərb ölkələri uzun illər keçmiş SSRİ xəfiyyərləri ilə mübarizə apardılar, imperiya dağıldıqdan sonra Rusiya kəşfiyyatçıları “fəaliyyətə” başladılar. Qərb ölkələrinin əks-kəşfiyyat xidmətləri hazırda Çinin böyük kəşfiyyat şəbəkəsi ilə mübarizə aparmaq məcburiyyətindədir. Qərb mütəxəssislərinin qənaətinə görə, Çin kəşfiyyatı Rusiya kəşfiyyatı qədər fəaldır, bəzi istiqamətlərdə isə rusiyalı həmkarlarını üstələyirlər.
Mediatv.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin şərhində əksini tapıb.
“Böyük Britaniya kəşfiyyat xidməti rəhbərinin sözlərinə görə, Çin kəşfiyyatçıları səbirlidirlər, tələsmirlər, gəldikləri ölkələrə uzun müddət uyğunlaşırlar, əlaqələr qururlar və bundan sonra fəaliyyətə başlayırlar. Çin kəşfiyyatçıları bu zaman Qərb ölkələrindəki diaspor nümayəndələrindən və informasiya texnologiyaları mütəxəssiləri ilə təmaslarından faydalanırlar. Qərb ölkələrinin əsas diqqəti Ukraynaya yönəlsə də, Çin kəşfiyyatı ilə mübarizəyə də böyük resurslar cəlb olunub.
“Faynənşl Tayms” nəşrinin yazdığına görə, Çin kəşfiyyat çalışmalarında qadınlardan da istifadə etməyə başlayıb. Bu, keçmiş SSRİ və Rusiya kəşfiyyatının istifadə etdiyi üsullardandır. Bir neçə il əvvəl Fransa kəşfiyyatının Çin səfirliyindəki təmsilçisi səfirin çinli xanım tərçüməçisinin tələsinə düşüb. Çinli xanım məxfi məlumatlara yiyələnə bilib. Fransanın başqa bir keçmiş xəfiyyəsi də Çinə məlumat ötürərkən yaxalanıb”, - analizdə qeyd edilib.
Bildirilib ki, Çin xəfiyyə işinə minlərlə insan və milyardlarla dollar cəlb edib:
“Ona görə hər hansı kəşfiyyatçının və xəfiyyənin həbsi Pekini narahat etmir. Həbs olunanların yeri boş qalmır. Çində 2017-ci ildə qəbul olunan qanuna görə, bütün vətəndaşlar və təşkilatlar milli kəşfiyyat xidmətinə kömək və əməkdaşlıq etməyə borcludurlar.
Əgər rus kəşfiyyatçıları və xəfiyyələri başqa dövlətlərin hərbi sirlərini öyrənməyə çalışırlarsa, çinli kəşfiyyatçılar və xəfiyyələr kommersiya və texnoloji sirlərin öyrənilməsinə üstünlük verirlər. Çünki Çin Rusiyadan fərqli olaraq dünyanın ən böyük iqtisadiyyatına malik ölkəsi olmağı qarşısına məqsəd qoyub. Rusiyanın belə bir hədəfi yoxdur. Əksinə, Ukraynaya qarşı işğalçı müharibə Rusiya iqtisadiyyatını geri atmaqda davam edir. Amerikalı keçmiş kəşfiyyat zabitinin Rusiya və Çin kəşfiyyatı arasında fərqi bir misalda göstərib: “Tutaq ki, Rusiya və Çin düşmən saydıqları ölkədən qum nümunəsi gətirməlidirlər. Rusiya bu məqsədlə az heyəti olan sualtı gəmi göndərəcək və onlar qumu vedrələrə dolduracaqlar. Çin isə minlərlə üzgüçünü göndərəcək və kifayət qədər quma sahib olacaq”.
Təsadüfi deyil ki, bəzi qiymətləndirmələrə görə, Çin ABŞ-dan il ərzində 600 milyard dollar (?!) həcmində sənaye və ticarət sirləri oğurlamağa müvəffəq olub. Nəhəng “Maykrosoft” şirkəti də çinli xəfiyyələrin qurbanı olub, 2021-ci ildə sirləri oğurlanıb”.шаблоны для dle 11.2

Xəbər lenti
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024