Cəmiyyət (19-07-2022, 13:58)
Ağstafa İcra Hakimiyyətinin başçısı İsa Muğannanı tanımır - Xeyrəddin Qocadan ETİRAZ
Ötən günlərdə Azərbaycanın Xalq yazıçısı İsa Muğannanın qızı Sevinc Muğannanın
Bizim.Media-ya verdiyi açıqlamada Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafanın “Muğanlı” kəndində mərhum yazıçının ev muzeyinin yaradılmasına razılıq verməməsi ilə bağlı geniş açıqlama vermişdi. Dia.az-ın məlumatına görə, mövzu ilə əlaqədar Bizim.Media-ya danışan yazıçı Xeyrəddin Qoca bildirib ki, İcra Hakimiyyəti buna icazə verməməklə çox böyük səhv edir:
“Ağstafa Rayon İcra Hakimiyyəti İsa Muğannanın ev muzeyinin yaradılmasına icazə verməməklə çox böyük səhv edir. İsa Muğannanın əsərləri Azərbaycan ədəbiyyatının inciləri sırasındadır. Görkəmli ədiblərimizin bir çoxunun: Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Abdulla Şaiqin doğulub böyüdükləri ərazilərdə ev muzeyləri var. Bu baxımdan Azərbaycanın özü boyda dərin ədəbi əsərlər yaradan görkəmli yazıçımız İsa Muğannanın da, ev muzeyinin yaradılması onun halal haqqıdır. Bu həm də sağlığında böyük yazıçının öz arzusu olub”.
Məmurların yazıçıları, incəsənət xadimlərini, böyük şəxsiyyətlərimizi tanımamasından gileylənən Xeyrəddin Qoca mövzu ilə bağlı maraqlı bir müqayisə də aparıb:
“İndi siz Ağstafanın İcra Başçısından soruşsanız ki, İsa Muğanna kimdir? – Onu tanımayacaq. Halbuki, onun övladları nə vaxtsa ədəbiyyatımızı vərəqləyəndə, İsa Muğanna əsərlərindən bəhrələnəcəklər.
Əgər başçı İsa Muğannanı tanımırsa, o boyda qurumda onu tanıyan bir şəxs yoxdur ki, İsa Muğannanın müasir ədəbiyyatımızın simalarından biri olduğunun fərqinə varıb bilməyənlərə izah etsin.
Prezidentin söz-sənət adamlarına bu qədər dəyər verdiyi bir vaxtda, məmurların sənət adamlarına qiymət verməməsi çox acınacaqlı bir haldır”.
Xeyrəddin Qoca bildirib ki, ümidvaram ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi tezliklə bu məsələ ilə maraqlanacaq və lazımi reaksiyanı verəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024