Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (17-06-2022, 09:59)
““Laba”nın adı gələndə İsfəndiyar kimilər qaçıb deşikdə gizlənirdi”

 “Şərurlu İsfəndiyar”: “Laba Mübariz” bıçağı çıxarıb boğazımı kəsdi, 70 faiz qan itirdim”

Bir dəfə ”Şərurlu İsfəndiyar” kimi tanınan iş adamının fırıldaqlarından yazı yazanda, onun ötən əsrin 90-cı illərində Sədərək Gömrüyünün sabiq sədri “Laba Mübariz” tərəfindən Şərurun mərkəzində döyüldüyünü qeyd etmişdim.

Bu ciddi fakt bir çox media mənsubunun diqqətini cəlb etmişdi. Dəqiqləşdirmək istəyəndə nə “Laba”, nə də İsfəndiyar həmin mövzuda heç bir açıqlama verməmişdilər. Ancaq faktın dəqiqliyinə mən 100 faiz əminiydim. Çünki özüm də əslən şərurluyam, sözügedən dönəmdə orada yaşamışam. Baş verən hadisə Şərur şəhərinin mərkəzində, yəni bizim evdən 300 metr aralıda olmuşdu.

Sonra rayonumuza rəhbərlik etmiş Fərəməz Allahverdiyevlə etdiyim söhbət zamanı bu o, bir daha həmin hadisənin baş verdiyini təsdiqlədi, hətta dedi ki, həmin vaxt “Laba” İsfəndiyarı bıçaqla da vurubmuş. Təklif etdim ki, bu barədə müsahibə versin. Razılaşdı. Həmin açıqlamanı mən Azinforum.az saytında yayımlamışam. O yazıya görə, mənə çoxlu zənglər gəldi, hətta məni qınayanlar da tapıldı. Etiraf edim ki, “Laba Mübariz”in Şərurda yaxşı hörməti var. Mənim özümün də Mübariz Pənahovla yaxın dostluq münasibətim olub, eyni zamanda yaxın qonşuyuq. Yəni onunla bağlı hazırda heç bir qərəzim yoxdur. Etiraz edənlərə başa saldım ki, onun işi necə pul qazanmaqdırsa, mənim də işim yazmaqdır.

İndi görürəm ki, Naxçıvanla heç bir əlaqəsi olmayan, əslən başqa regionları təmsil edən gənc həmkarlarım İsfəndiyardan müsahibə götürüblər. O, “Laba” tərəfindən bıçaqlandığını, hətta 70 faiz qan itirdiyini etiraf edib. Hətta hadisəni elə təsfir edib ki, sanki hücumu bu edib “Laba”nın buna gücü çatmadığı üçün bıçağa əl atmağa məcbur qalıb. Sonra bir az da “püləyərək” deyib ki, həmin hadisədən sona Şərurdakı “ Qaqaş” ləqəbli Rasim və onun dostu olan “Laba” bundan aralı gəzməyə başlayıblar.

Burası ağ yalandı. O dediyi vaxt “ Qaqaş”la “Laba”nın adı gələndə İsfəndiyar kimilər qaçıb deşikdə gizlənirdi. Davaya gəldikdə, “Laba” həmin vaxt cəmi bir yumruq vurub, İsfəndiyar nakaut gedib. Qorxuram ki, bu müsahibədən sonra “ Laba” gedib İsgəndiyarı ikinci dəfə döysün. Ancaq inanmıram. Çünki indi həmin zaman deyil. Artıq “Laba” adam döyməyə deyil, yaxşı vəzifəyə getməkdə maraqlıdır.

Məhəmmədəli Qəribliшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024