Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-06-2022, 09:52)
“Nəcməddin Sadıkovun tör-töküntüləri MN-də...” - ehtiyatda olan polkovnikdən ŞOK AÇIQLAMA

 Azərbaycan Ordusunun sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun ətrafında çevrə daralır. Onun daha bir yaxın adamını DTX həbs edib. Sabiq baş qərargah rəisinin köməkçisi olmuş Elxan Məcidov saxlanılıb.

Elxan Məcidovu istintaq orqanı Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə külli miqdarda rüşvət almaqda və digər cinayət əməllərində təqsirləndirir. Bəs N.Sadıkov özü nə zaman istintaq orqanının diqqətini cəlb edəcək? Onun heçmi günahı, cinayəti yoxdur?

Hazırda bu suallar ətrafında tez-tez N.Sadıkov daha çox gündəmə gəlir.

O, işdən yeni çıxarılan vaxt deyilirdi ki, sabiq qərargah rəisi çox keçməz cinayət məsuliyyətinə cəlb olunar. Amma üstündən il yarımdan çox vaxt keçir, fəqət Sadıkov sərbəst gəzir və məsuliyyətdən kənarda qalır. Yaxın adamlarının həbsi onun üçün də yolun sonunu göstərəcəkmi?

Hərbi Polisin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov suallarımızı bu cür cavabladı: “Nəcməddin Sadıkov baş qərargah rəisi kimi 30 il müddətdə vəzifə tutub. Bunu unutmayaq. Onun dövründə 3 nazir dəyişib, Məmmədrəfi Məmmədov, Səfər Əbiyev və Zakir Həsənov. Bildiyiniz kimi, Zakir Həsənovun vaxtında Nəcməddin Sadıkovun bir çox vəzifələrə müdaxilə etməsinə imkan verilməyib. Amma bəzi struktur dəyişiklikləri baş verdi və onun birbaşa tabeçiliyinə verildi. Bundan istifadə edərək Nəcməddin Sadıkov öz kadrlarını yerləşdirdi. İndi isə fərqli stuasiya yaranıb. Bilirsiniz ki, 44 günlük II Qarabağ savaşında o, tutduğu vəzifədən azad edildi. Onun vəzifəsini itirməsindən dərhal sonra bacısı oğlu, general Ramil Əsgərov vəzifəsindən uzaqlaşdırıldı. Nəcməddin barəsində böyük söz-söhbətlər var idi. Bir sözlə deyək ki, Müdafiə Nazirliyində elə bir kök salmışdı ki, onun adamları öz səlahiyyətlərindən artıq vəzifələri yerinə yetirirdilər, yəni səlahiyyətlərinə aidiyyəti olmayan məsələləri də həll edirdilər. Korrupsiya, rüşvətxorluq halları baş alıb gedirdi. Onu da deyim ki, ”Şlyapa Zahid" ləqəbi ilə tanınan şəxs onun adamı hesab olunurdu və bildiyiniz kimi, o, artıq həbsdədir. Onun arxasınca uzun illər köməkçisi olmuş, sizin də qeyd etdiyiniz polkovnik Məcidov Elxan əvvəl miçman olub, sonradan ona zabit rütbəsi verilib və bu rütbə polkovnik rütbəsinə kimi çatdırılıb. O, Müdafiə Nazirliyində Maddi Texniki Təminat Baş İdarəsinin rəisi təyin olunmuşdu. Vəzifəsini yaramaz yerinə yetirdiyinə görə azad edildi. Onu sonradan Mərkəzi Ordu İdman Klubuna rəis təyin etdilər. Burada xidmət edən zaman böyük korrupsiya hallarına yol verdi. Hətta 44 gün müharibə gedən zaman müharibədən yayındırmaq üçün bir neçə əsgəri Mərkəzi Ordu İdman Klubuna ezam etdi. Onları qeyri-qanuni şəkildə idmançı adı ilə evlərinə buraxdı. Hansı ki, onların idmanla əlaqələri belə yox idi. Bu barədə araşdırma gedirdi. Baxmayaraq ki, onu Dövlət Təhlükəsizlik Xidməti həbs edib. Amma onun barəsində Hərbi Prokurorluq cinayət işi başlamışdı. Hazırda həmin cinayət işi həddiaşma maddəsi ilə baxışa göndərilib. Bununla paralel DTX öz işini görürdü. Onun barəsində həbs-qətimkan tədbiri seçilməklə həbsində əsaslar yaranmışdı. Tək bununla işlər bitmir. Belə ki, keçmiş İşlər İdarəsinin rəisi İlqar Məmmədov var. O, hazırda ehtiyata buraxılıb. Həmçinin onun da tutulması qaçılmazdır. Çünki səlahiyyət həddini aşaraq - baxmayaraq ki, uzun illər orduda xidmət edən hərbçilər evsiz idilər - Zahid Niftəliyevin qızlarını, hansı ki, MAXE-dirlər, evlə təmin edib. Öz qızına da ev verib. Evi ola-ola özünə belə ev götürüb. O idarədə başqa da çoxlu sayda korrupsiya halları var. İnanıram ki, hüquq-mühafizə orqanları onu da həbs edər, haqqında araşdırma aparar. Araşdırma aparılsa, hər şey açıq şəkildə üzə çıxar. Bir şeyi dəqiq bilirəm ki, hələ Nəcməddin Sadıkovun tör-töküntüləri Müdafiə Nazirliyində işlərinə davam edirlər. Onları ordudan vaxt yubatmadan təmizləmək lazımdır. Ola bilər ki, hansısa layiqli zabitlər olsun. Onlara nəsə etməyi arzulamıram. Onun təyin etdiyi zabitlər və hərbi qulluqçuların əksəriyyəti bu cinayətlərə qoşulub. Əsgərlərin təyinatları, zabitlərin yerdəyişməsi ilə bağlı çoxsaylı cinayət əməllərinə yol veriblər".

Polkovnik N.Sadıkovun nə üçün hələ həbs edilməməsi məsələsinə də toxundu: “Hesab edirəm ki, Nəcməddin Sadıkovun həbsi üçün əsaslar lazımdır. Əlbəttə ki, bu insanlar istintaqa cəlb olunurlar. Hər hansı bir fakt olduğu halda bu həbs Nəcməddin Sadıkovla bağlı da mütləq gerçəkləşəcək. Hüquq-mühafizə orqanlarının onu da məsuliyyətə cəlb edəcəklərinə inanıram. Bunun üçün dediyimiz kimi, kifayət qədər əsaslar olmalıdır ki, istintaq o məsələyə diqqətlə yanaşsın. Burada söhbət təkcə Nəcməddindən getmir. Ümumiyyətlə, Müdafiə Nazirliyində bəzi islahatların aparılmasına çox böyük ehtiyac var. Dövlət başçısı dəfələrlə qeyd edib ki, Türkiyə modelinə keçməliyik. Bəli, qismən bu modelə keçmişik. Amma demək olmaz ki, biz bugünkü gündə bunu tam şəkildə etmişik. Bunun üçün bəzi struktur dəyişiklikləri aparılmalıdır. Əlbəttə, bizim ordu qalib ordudur. Qalib orduda korrupsiya halları olmamalı, bu hallara yol verilməməlidir. Çünki əsgərlərimiz, zabitlərimiz, hərbi qulluqçularımız bunu öz gözləri ilə görürlər. Ordu başqa qurumlardan tamamilə fərqli bir qurumdur. Dünya praktikasında belədir ki, orduya dövlət tərəfindən çox diqqət ayrılır. Bu belə də olmalıdır. Əgər türk modelinə tam şəkildə keçiriksə, bu halların qarşısı qətiyyətlə alınmalıdır. Amma çox təəssüflə bildirməliyik ki, bu gün bizim orduda kifayət qədər korrupsiya halları var. Onu da deyək ki, bundan əvvəl də Müdafiə Nazirliyinin bir çox maliyyə işçiləri barəsində həbs-qətimkan tədbiri seçilib. Artıq mənimsəmə rəqəmləri 100 milyonu aşıb. İnanıram ki, belə araşdırmalar Müdafiə Nazirliyinin başqa qurumlarında-Maddi Texniki Təminat Baş İdarəsində, Hərbi Hava Qüvvələrində, Hərbi Dəniz Qüvvələrində və s. aparılacaq. Bilirsiniz ki, Quru Qoşunları təzə yaranıb. Yaradılmasından heç 6 ay ötməyib. Onun maliyyə rəisini də həbs ediblər. Bu da çox utanverici bir haldır ki, təzə qurumda belə bir çatışmazlıq, cinayət əməli üzə çıxdı. Əlbəttə, bu, ordumuza üz qarasıdır. Belə hallar qətiyyətlə olmamalıdır”.
“Yeni Müsavat”шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024