Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-05-2022, 10:30)
Şahin Mustafayev ERMƏNİ DİLİNİ HARDAN BİLİR.?

  Dünən – mayın 24-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət komissiyalarının ilk görüşü keçirilib. Tərəfləri Dövlət komissiyalarının sədrləri qismində Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan təmsil ediblər. Qeyd edək ki, Ermənistanın bəzi KİV-ləri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin personasına xüsusi diqqət ayırıb, onun tərcümeyi-halını dərc ediblər.

Məsələn “Hraparak” qəzeti Şahin Mustafayevin Ermənistanda doğulduğunu və orada orta məktəbə getdiyini xüsusi qeyd edib. Mustafayevlər ailəsinin Noyemberyanın Cucevan kəndində yaşamış yeganə azərbaycanlı ailə (?) olduğunu vurğulayan qəzet onun atasının heyvandarlıqla məşğul olduğunu da xatırladıb.

“Şahin Mustafayev erməni dilində yaxşı danışa bilir, erməni tarixini və erməni diasporunu yaxşı bilir”,-deyə “Hraparak” Azərbaycan Baş nazirinin müavini haqda qeyd edib.

DİA.AZ xatırladır ki, ermənilər ilk dəfə deyil ki, Şahin Mustafayevdən yazırlar. Nəinki yazmaq... Hətta Ermənistanda Şahin Mustafayevlə bağlı filmin çəkildiyini də unutmaq olmaz. Filmin müəllifləri həmin dövrdə nazir olan Şahin Mustafayevin doğulduğu və yeniyetməlik illərini keçirdiyi erməni kəndində, nazirin ata yurdunda olublar.

Həmin qısametrajlı filmdə Ş.Mustafayevin məktəb yoldaşları, Ermənistandan olan uşaqlıq dostları da azərbaycanlı nazirin uşaqlığı, məktəb illəri və ailəsi haqda xatirələrini bölüşüblər.




Təbii ki, işğal dövründə belə bir filmin çəkilməsi, bütün Ermənistanın Azərbaycana niftərinin kuliminasiya dönəmində içimizdən birinin düşmən tərəfindən belə bir HÖRMƏTƏ layiq görülməsi heç bir halda təsadüflərin ayağına yazıla bilməzdi... Olmadı da... Yerli KİV-lərimiz məhz həmin dönəmdə Şahin Mustafayevin qohumları arasında erməni axtarışına çıxdılar və müəyyən nəticələr əldə olundu da...

Yerli KİV-lərin apardığı araşdırmalar nəticəsində aydın oldu ki, Şahin Mustafayevin vaxtilə tələbə yoldaşı olan Sergey Yeganyan adlı şəxs ermenihaberi.am saytına ilginc xatirələrini danışıb. Onun sözlərinə görə, Şahen (Ermənistanda Şahin Mustafayevi o cür çağırırmışlar) 2 il İrəvan İqtisad İnstitutunda təhsil alıb. Guya, tələbəlik illərində ermənilərin Azərbaycana qarşı keçirdiyi aksiyalara qatılan Şahin Mustafayev hətta mitinqlərin birində çıxış da edib.

“Şahin Mustafayev 20 fevral 1988-ci il 22.00-da İrəvandakı Azadlıq Meydanında çıxış edəndə mən orada idim. Mustafayev çıxışında Nəriman Nərimanovun 2 dekabr 1920-ci ildə erməni xalqına verdiyi sözləri təkrarladı: “Naxçıvan, Zəngəzur və Qarabağ Ermənistan ərazisidir. Artıq aramızda mübahisəli torpaq yoxdur”. Nərimanovun eyni zamanda, Qarabağın bir erməni diyarı və Qarabağ xalqının mübarizəsinin doğru olduğunu vurğuladığını bildirdi”, – Sergey Yeganyan belə deyib. Qeyd edək ki, Şahin Mustafayevin keçmişini qaralamağa yönəldiyi güman olunan iddiaların yer aldığı məqalə “Azərbaycanın yeni Baş nazir müavini 31 il əvvəl Qarabağın ermənilərə məxsus olduğunu etiraf edib” sərlövhəsilə dərc olunub. Məqalənin əsli ilə bu linkdə tanış ola bilərsiniz: https://www.ermenihaber.am/tr/news/2019/10/28/Azerbaycan-Mustafayev-Karabağ-Ermenistan/167943

İndi isə erməni mətbuatı yenə də Şahin Mustafayevdən yazır və buna paralel olaraq sosial şəbəkələrimiz də NƏDƏN MƏHZ ŞAHİN MUSTAFAYEV DÜŞMƏNLƏ DANIŞIĞA GÖNDƏRİLDİ deyə sual etməkdədir. Çünki burada söhbət Azərbaycan üçün taleyüklü bir mərhələdən gedir. Ortada isə zərrə qədərində də şübhə olmamalıdır...

İddia olunanlarla bağlı  bütün maraqlı tərəfləri dinləməyə hazırıq...шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024