Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-05-2022, 10:01)
“Yeni “Media haqqında” qanunda jurnalistlərin müdafiəsinə yönəlmiş heç bir məqam yoxdur” - FAKT BUDUR!

 Jurnalistin peşə qayəsi "demək" olsa da, peşə prinsiplərinə sadiq, qələmi iti jurnalistlərin durumundan danışanda vəziyyəti qısa və konkret olaraq Musa Yaqubun bu misrası ilə də ifadə etmək olar: "Desəm öldürərlər, deməsəm ölləm". Jurnalist Aytən Məmmədovaya qarşı cinayət əməlindən sonra bu həqiqət Azərbaycan mediasında fəaliyyət göstərən bir çox jurnalisti yenidən narahat etməyə, bu istiqamətdə daha ciddi düşündürməyə başlayıb. Odur ki, jurnalistlərin təhlükəsizliyi, peşə fəaliyyətində qarşılaşdıqları problemlər son günlərin ən çox müzakirə olunan məsələlərindədir.

Əsas işi həqiqətə xidmət etmək, insanlara cəmiyyətin gerçəklərini çatdırmaq olan jurnalistlərin, daha dəqiqi, Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin vəziyyəti necədir, hansı problemləri var?Mediatv.az xəbər verir ki, AYNA-nın bu və digər suallarını media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu cavanlandırıb.

- Jurnalist Aytən Məmmədovaya qarşı hücum faktı Azərbaycan jurnalistinin problemlərini yenidən gündəmə gətirib. Ələsgər müəllim, sizcə, bu gün Azərbaycan jurnalistinin əsas problemi nədir?

- Azərbaycan jurnalistikasının çoxsaylı problemləri var və hansının əsas olması sıralamaya görə dəyişir. Bunları ümumilikdə sadalayası olsaq, informasiya azadlığına qoyulan məhdudiyyətlər, diffamasiyaya görə jurnalistlərin məhkəmə çəkişmələrinə cəlb olunması riski, jurnalistlərin maliyyə müstəqilliyi və maliyyə dayanıqlığı problemi, informasiyaya, informasiya mənbələrinə çıxış, rəsmi məlumatların əldə olunması ilə bağlı problemlər başda gələnlərdir. Əlbəttə, jurnalistika təhülkəsizliyi də bu baxımdan önəmli rol oynayır. Jurnalistlərin təhlükəsiz mühitdə fəaliyyət göstərə bilməmələri də ən böyük problemlərdən biridir. Bu baxımdan hesab edirəm ki, ən ciddi problemin nə olduğunu soruşsanız, jurnalistin təhlükəsizlik problemini qeyd edərdim. İstər çəkiliş, istərsə də problemin işıqlandırılmasından sonra təhdidlərə görə bu, bir nömrəli problem kimi qalır.

- Son hadisədən sonra Azərbaycan jurnalistləri arasında yenidən “nə etməli?” sualı aktuallaşıb. Sizcə, belə bir şəraitdə nə edilməlidir?

- Aytən Məmmədovaya qarşı törədilmiş cinayət əməli, eyni zamanda onun fəaliyyətinə görə təhdid olunması onu göstərir ki, bu istiqamətdə təəssüf ki, risklər hər bir jurnalist üçün keçərlidir. Jurnalistlərin bu istiqamətdəki fəaliyyəti baxımından cəmiyyətin önəmli bir hissəsi onların daha münasib mühitdə fəaliyyət göstərmələri üçün yetərli dəstək də vermir. Əslində cəmiyyət hələ tam fərqində deyil ki, baş vermiş bu hadisə sadəcə fərdi olaraq jurnalistə yönəlməyib, eyni zamanda onun informasiya əldə etmə hüququna yönəlmiş bir təhdiddir. Bu baxımdan sözügedən məsələ çox ciddi bir problemdir.

Jurnalistin alternativi yoxdur. İndiki halda o yalnız hüquqi yollara müraciət edə bilər. Bu hüquq yolları içərisində də ilk növbədə, qanunvericiliyə uyğun şəkildə prokurorluq orqanlarına şikayət hüququ gəlir. Bu məsələdə polis təkbaşına məsul deyil. Prokurorluq bununla bağlı məsələləri, eyni zamanda polisin işi obyektiv araşdırıb-araşdırmaması məsələsini gündəmdə tutmalı və araşdırmalıdır. Yəni bu məsələdə birinci yol hüquq yoludur. İkincisi isə bu sahədə güclərin birləşdirilməsi, jurnalist həmrəyliyinin göstərilməsi və vətəndaş cəmiyyəti sferasından da jurnalistikaya olan dəstəkdir. Bildiyim qədərilə bu istiqamətdə yetəri addımlar atılıb.

- Mediamızın hazırkı durumunda sıxıntılarımızı sıralayası olsaq, ardıcıllığı necə davam etdirərdiniz: jurnalistlərin sosial çətinlikləri, təhlükəsizliyi, mediada azadlıq, mövzusuzluq problemi və...?

- Əvvəldə qeyd etdiyim kimi sıramalaya baxsaq, hesab edirəm ki, təhlükəsizlik problemi birinci yerdə dayanır. Çünki əgər jurnalistin təhlükəsizlik problemi varsa, digər məsələlərin heç bir önəmi qalmır. Ona görə də bu hadisə - Aytən Məmmədovanın təhdid olunması, yazısına görə bıçaqlanmış Rafiq tağının xəstəxanada ölməsi, Elmar Hüseynovun yaşadığı mənzilin qarşısında öldürülməsi, gənc jurnalist Əvəz Hafizlinin (guya cinsi oriyentasiyasına görə təqib edilirdi, lakin hesab edirəm ki, bu, daha çox onun fəaliyyətinə yönəlmiş önəmli bir məhdudiyyətin nəticəsi idi) öz qohumu tərəfindən öldürülməsi, eyni zamanda yazısına, ifadələrinə görə, Rasim Əliyevin futbolçu Cavid Hüseynov və onun qohumları tərəfindən linç edilməsi və öldürülməsi kimi hallar jurnalistlərin yaşamaq hüququnun ciddi təhlükə altında olduğunu göstərir. Buraya jurnalistlərin inzibati və yaxud cinayət məsuliyyətinə diffamativ qaydada cəlb olunma məsələləri, eyni zamanda döyülmə, kameralarının qırılması kimi hallar ciddi problemlər kimi ilk sırada qalmaqdadır.

- Bu gün Azərbaycan qanunvericiliyi, xüsusilə də “Media haqqında” yeni qanun jurnalistləri yetəri qədər müdafiə edirmi?

- “Media haqqında” qanunda demək olar ki, jurnalistlərin müdafiəsinə yönəlmiş heç bir məqam yoxdur. Tam əksinə jurnalistləri təhdid edən, onları qorxudan, fəaliyyətlərinə məhdudiyyət gətirən çox sayda müddəa var. Məsələn, 14-cü maddə başdan-başa jurnalistlər nəyi yaza bilməz, nəyi yazsa, təqib olunacaqlar, nəyi yazsalar, bu, təqib legitim olacaq və s. bunları əhatə edir. “Media haqqında” yeni qanun hələ tam qüvvəyə minməyib. Əgər tam qüvvəyə minsə, ondan sonra nəinki jurnalistləri qoruyacaq, əksinə daha ciddi problemlər olacaq.

- Ələsgər müəllim, sizcə, Azərbaycan mediasının problemləri həqiqətən beynəlxalq təəşkilatları narahat edirmi və onların bizim problemlərin həllində hansısa real, əməli fəaliyyətləri varmı?

- Azərbaycandakı jurnalistikanın problemi əvvəlcə Azərbaycanın özünün problemidir və əslində beynəlxalq qurumları heç də çox narahat etməli deyil. Çünki beynəlxalq qurumlar ölkə daxilindən onlara müraciət edilərək, ölkənin öhdəliklərinə uyğun davranılıb-davranılmadığı deyildiyi halda narahat olur. İkincisi isə jurnalistikaya, mediaya çox açıq şəkildə müdaxilələr baş verdiyində hansısa reaksiyalar verilir. Son hadisədən də gördük ki, bir sıra beynəlxalq qurumlar bununla bağlı açıqlama verdi, narahatlıqlarını ifadə etdi, araşdırmanın obyektiv və sürətli aparılmasını arzuladı, hətta hökumətdən tələb etdilər. Bu baxımdan mən düşünürəm ki, beynəlxalq qurumlar əllərindən gələni edirlər. Amma bundan artığını Azərbaycan cəmiyyəti etməlidir. Bunu da istər hüquq-mühafizə orqanlarında obyektiv araşdırma üçün sıx basqıların göstərilməsi, istərsə də jurnalist həmrəyliyi ilə bu problemin daha çox üstünə gedilməsi ilə etməlidir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024