Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-05-2022, 13:58)
Rövnəq Abdullayevin adamı “vuruldu”


1781

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-nin baş direktoru Rövşən Həsənov işdən çıxarılıb.

Mediatv.az Bakupost.az-a istinadən  xəbər verir ki, onun yerinə Anar Tağıyev təyin olunub.


Qeyd edək ki, Rövşən İmran oğlu Həsənov bu vəzifəyə ötən ilin dekabrında gətirilmişdi.


O, SOCAR məsələlərində adı daim hallanan, məşhur iş adamı, Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevin (Əlizadə) əsas kadrlarından biri hesab olunurdu. Onların qohumluq əlaqələri də var.

Rövşən Həsənov “SOCAR Petroleum”dan əvvəl “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.


Xatırladaq ki, “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024