Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-04-2022, 12:06)
““Simonyanı “Sputnik”dən uzaqlaşdırmağın yollarını axtarmalıyıq” - ÇAĞIRIŞ

 Rus telekanallarında vaxtaşırı Azərbaycan əleyhinə təbliğat aparıldığı, millətimizə və dövlətimizə qarşı hədyanlar səsləndirildiyi hər kəsə məlumdur. Rus kanallarının rəhbərliyində təmsil olunan şəxslərin emənipərəst qüvvələrdən təşkil olunması da heç kimə sirr deyil.

Anti- Azərbaycan mövqe nümayiş etdirən bu şəxslər, illərdir ki, sahibi olduqları media resurslarından istifadə edərək, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmaqla məşğuldurlar. Bu fitnəkar qruplaşmanın ən aktiv üzvlərindən biri də milliyətcə erməni olan Marqarita Simonyandır. Həmin Simonyan ki, rəhbərlik etdiyi “Sputnik” İnformasiya Agentliyinin Azərbaycanda da nümayəndəliyi fəaliyyət göstərir...

Məlumat üçün qeyd edək ki, “Sputnik” İnformasiya Agentliyi Vladimir Putinin göstərişi əsasında 2013-cü ildə “Rossiya Seqodnya” Agentliyinin tərkibində yaradılıb.

Agentliyin dünyanın bir çox ölkəsində eləcə də, qondarma Abxaziya və Cənubi Osetiyada ofisləri yerləşir. Bəzi iddialara görə, Rusiya “Sputnik” vasitəsilə fəaliyyət göstərdiyi ölkələrdə müxtəlif kəşfiyyat məlumatları toplamaqla və yerli KİV-ləri öz təsiri altında saxlamaqla məşğuldur.

Məsələn, “Sputnik” İA-nın kürd dilində radio və sayt açaraq PKK terrorçuları ilə əlaqə qurduğu kimi...

“Sputnik”-in Azərbaycandakı fəaliyyətinə gəlincə, Agentliyin Bakı ofisi 14 noyabr 2014-cü il tarixində təsis edilib. Onu da qeyd edək ki, “Sputnik”in Azərbaycanda nümayəndəliyinin açılmasında prezidentin sabiq köməkçisi Əli Həsənovun müstəsna xidmətləri olub.

Dövlətlərin qarşılıqı razılaşması əsasında fəaliyyətə başlayan “Sputnik”in Azərbaycan nümayəndəliyinin guya ölkədəki rus auditoriyasının məlumatlandırılması üçün təsis edildiyi bildirilirdi.

Lakin bir müddət sonra məlum oldu ki, “Sputnik” rus etnik azlıqların məlumatlandırılmasından daha çox Azərbaycanda Rusiyanın şovinist siyasətinin təbliğatını aparmaqda maraqlıdır.

“Sputnik”in Azərbaycan nümayəndəliyi fəaliyyətə başladığı ilk gündən Ermənistan əleyhinə yazılar dərc etməyib, Qarabağdakı gerçəklikləri ictimaiyyətə fərqli formada göstərməyə çalışıb. Agentliyin hazırki missiyası isə Rusiyanın Ukraynadakı işğalına haqq qazandıraraq, müharibə gerçəklilklərini “Donbassda Xüsusi Əməliyyat” adıyla Azərbaycan xalqına sırımaqdır.

Əslində milliyətcə erməni olan Marqarita Simonyanın başçılıq etdiyi media qurumundan bundan artıq nəsə gözləmək sadəlövlük olardı. Digər təhlükəli məqam isə erməni xislətli Simonyanın dövlətimizin ərazi bütövlüyünə qarşı mütəmadi olaraq etdiyi təxribatçı çıxışlardır.

Belə ki, bir neçə gün bundan öncə rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ ərazisinin Rusiyaya birləşdirliməsi təklifi ilə sərsəm çıxışlar edən Simonyan, indi də Xənkəndidən “Təşəkkürlər Stepanakert” başlığı ilə video paylaşıb. Paylaşımda Rusiyanın Ukraynada apardığı müharibənin simvolu olan “Z” işarəsini əks etdirən Rusiya bayrağı nümayiş etdirilib.

O zaman sual olunur ki, təxribatçı çıxışlarıyla ərazi bütövlüyümüzə qarşı hörmətsizlik edən, dövlətimizin strateji maraqlarını təhlükə altına atan erməni Simonyanın rəhbərlik etdiyi “Sputnik”in Azərbaycanda fəaliyyətinə niyə icazə verilir?

Qeyd edək ki, Rusiyanın Ukraynanı işğalına haqq qazandıran və yalan məlumatlar yayan “Sputnik” Agentliyi Avropa İttifaqına üzv dövlətlər başda olmaqla, Avstraliya, Böyük Britaniya, ABŞ və Kanada kimi ölkələrdə bloklanıb. Dia.az-ın məlumatına görə, bu mövzuyla bağlı media eksperti, jurnalist Qulu Məhərrəmli “AzPolitika.info”-ya şərhində bildirib ki, son günlər mediada və televiziya kanallarında “Sputnik” İnformasiya Agentliyinin Azərbaycanda fəaliyyət göstərməsi ilə bağlı kəskin mövqe nümayiş etdirilməsinin obyektiv əsasları var: “Bu, sözügədən İnformasiya Agentliyinin rəhbəri, separatçı meylləri təbliğ edən Marqarita Simonyanın verdiyi bəyanatlarla ərazi bütövlüyümüzü şübhə altına atmasıyla əlaqədardır. Bu Agentliyi istənilən vaxt bağlamaq mümkündür. Amma nəzərə almalıyıq ki, Rusiya və Azərbaycan eyni informasiya məkanında yerləşir. Yəni, Rusiyada gedən prosesləri bizim bilməyimiz, Azərbaycandakı prosesləri də rus oxucuların bilməsi çox önəmli bir məsələdir”.

Ekspert qeyd edib ki, Rusiyanın dövlət qurumlarına müraciət edərək, Simonyanın bu İnformasiya Agentliyindən uzaqlaşdırılmasına nail olmaq lazımdır: “Simonyanın verdiyi bəyanatlar “Sputnik”in verdiyi bəyanatlardan fərqlənir. Müşahidələrimə əsasən, “Sputnik”in Azərbaycan nümayəndəliyi 44 günlük Vətən Müharibəsində neytrallığını qorumağa çalışırdı. Bu səbəbdən də “Sputnik”in Azərbaycanda informasiya vasitəsi kimi fəaliyyət göstərməsini arzulayardıq. Ancaq bir şərtlə ki, o doğru-dürüst məlumatlar paylaşsın və bütün informasiya tələblərini qarşılasın. Amma “Sputnik” Azərbaycan əleyhinə qərəzli xəbərlər verirsə, birmənalı şəkildə yayımı dayandırılmalıdır.

Təəssüf ki, Rusiya kimi bir dövlətin informasiya siyasətinə Simonyan kimi rus düşüncəsinə, Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd olan adamlar rəhbərlik edir.

Agentliyi bağlamaq çox asan, münasibətlər qurmaq isə çox çətindir. Azərbaycanla bağlı məlumatların Rusiya informasiya məkanına çıxarılması asan iş deyil. Hesab edirəm ki, ikitərəfli münasibətlərə zərər vuran belə şəxslərin “Sputnik”dən uzaqlaşdırılması daha effektiv üsul olardı”.

Qeyd edək ki, bu yaxınlarda “Sputnik” Agentliyinin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyinatı baş tutub. Martın 18-dən etibarən “Sputnik”in Bakı ofisinə Simonyana yaxınlığıyla bilinən Vitali Denisov rəhbərlik edir. Vitali Denisovun bundan əvvəl Cənubi Osetiyada “Sputnik”in yerli bürosuna başçılıq etdiyi bildirilir.

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Simonyanın belə bir dəyişikliyə getməsi olduqca maraqlı nüansdır. Hər halda Simonyan “Sputnik”in Bakı bürosunun sabiq rəhbəri erməni kökənli Əziz Əliyevi daha təcrübəli Denisovla əvəz edərək, ölkəmizdəki separatizm fəaliyyətlərini daha da genişləndirməyi düşünür.

Denisov Agentliyə rəhbər təyin olunduğu ilk gündən Kremlin və Simonyanın tapşırıqlarını icra etməyə başlayıb. O, Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı tənqidi materialların dərc olunmasını qadağan edib, Agentlikdə çalışan azərbaycanlı jurnalistlərə ölkədə baş verən problemli mövzuları işıqlandırmaq, sosial narazılıqları qabartmaq, hökumətin iqtisadi, sosial problemləri həll edə bilməməsi kimi mövzuları önə çıxarmaq tapşırığı verib.

Rusiya-Ukrayna müharibəsində Rusiyanın “Roskomnadzor” xidmətinin Azərbaycan KİV-lərinə qarşı sərt və ədalətsiz mövqe nümayiş etdirdiyinin şahidi olduq. Ukaynadakı işğalı tərəfsiz şəkildə yayımlayan yerli xəbər portallarımız Rusiya Federasiyası ərazisində sanksiyalara məruz qalaraq, dərhal bloklandı.

Rusiyanın müharibə gerçəklilərinə dözməyərək savaşın ilk günlərindən Azərbaycan KİV-lərini blokladığı halda, milli maraqlarımıza xidmət etməyən “Sputnik” Agentliyinin, 8 ildir Azərbaycanda fəaliyyət göstərməsi isə başadüşülən deyil.

Hər halda sözügedən media orqanının Azərbaycanda bloklanması üçün Rusiyadan fərqli olaraq, bizim daha əsaslı səbəblərimiz var...шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024