Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-04-2022, 21:35)
“Yeni Gəncə” Tibb Mərkəzində nələr baş verir..?

 Azərbaycanda səhiyyə sisteminin hansı durumda olması ilə bağlı, Gündəlik-Bakı olaraq illər uzunudur ki, yazırıq.
Hətta  təkrar-təkrar eyni problemləri yazmaq bizim üçün ən böyük işgəncədir. Amma nə edək ki, ölkə insanı bu problemlərin altında hələ də qalır. Və biz də məcbur oluruq ki, eyni problemləri  təkrar-təkrar gündəmə gətirək. Ki, bəlkə, problem həllini tapdı. 
Sözün qısası, ötən yazılarımızda qeyd etdiyimiz kimi, iri məmurlar qanunsuz yolla, daha dəqiq desək, rüşvət və korrupsiya yolu ilə əldə etdikləri milyonları  biznesə yönəltmək üçün  hərəsi özünə bir klinika, xəstəxana, tibb  mərkəzi açaraq millətin sağlamlığı üzərində biznes qurublar.
Yəni məmurlar üçün millətin sağlamlığı və gələcəyi deyilən anlayış yoxdur. Əsas odur ki, pul gəlsin. Həm də həmin məmurların  elementar tibbi savadı yoxdur. 
Sözün qısası, bu gün Azərbaycan və onun böyük şəhərləri məmurlara məxsus Tibb Mərkəzlərilə  doludur.
Belə mərkəzlərdən biri də Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yerləşir. 
Söhbət Gəncə şəhərində fəaliyyət göstərən  “Yeni Gəncə” Tibb Mərkəzindən gedir.
İlk öncə onu bildirək ki, mediada  yayılan məlumatlardan bəlli olur ki,  bu Tibb Mərkəzi Prezident Adminstarsiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur. 
Mediada yazılanlardan bəlli olur ki, Ramiz Mehdiyevin ailə biznesinə, kürəkəni İlham müəllimə aid olan "YENİ GƏNCƏ" Tibb Mərkəzinin fəaliyyəti növbəti dəfə narazılığa səbəb olub. Bir neçə ay əvvəl Ramiz Mehdiyevin kürəkəni İlham müəllim Gəncəyə gedərək icraçı  direktoru hədələyib.
Bəli, “Yeni Gəncə”  Tibb Mərkəzinin icraçı direktoru Kərimova Ülkər Nadir qızı  Prezident İlham Əliyevə müraciət edib: 
“Hörmətli cənab Prezident , yazıb Sizə bildirirəm ki mən 2017-ci ildən “İNTERMEDSERVGİS” MMC-nin təsisçisi,  sabiq deputat, Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham müəllim tərəfindən Yeni Gəncə Tibb Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin olunmuşam. İşlədiyim dövr ərzində əhaliyə yüksək tibbi xidmət göstərilməsi istiqamətində öz bilik və bacarığımı əsirgəməmişəm və daim klinikanın nüfuzunu yüksəltmişəm. Nümunə kimi Ali Baş Komandan kimi Sizin və Ordumuzun zəfər çaldığınız 44 günlük müharibə dövründə klinikada yaralı əsgərlərimizə göstərilən xidmətimizi göstərə bilərəm.
Mən icraçı direktor vəzifəsinə təyin olunarkən heç bir təhvil- təslim aparılmayıb və bu barədə müvafiq akt tərtib olunmayıb.
2021-ci ilin sentyabr ayının hasabatını verdikdən sonra mən təsisçi İlham müəllimə onun gündən-günə artan tələblərini yerinə yetirməyimin mümkün olmadığını və bu səbəbdəndə tutduğum vəzifədən azad olunmaq istəyimi bildirdim.
İlham müəllim məni  hədələdi  və…
Təsisçi İlham müəllim 14.10.2021-ci il tarixdə Gəncə şəhərinə gələrək məni 14 oktyabr 2021-ci il tarixdən 3 gün müddətinə ödənişsiz məzuniyyətə göndərilməyim barədə ərizə yazmağa məcbur etdi və mənim iştirakım olmadan özü ilə Bakı şəhərindən gətirdiyi Aygün adlı xanıma klinikanı yoxlatdırmağa başladı. Təsisçi İlham müəllimin şifahi göstərişinə əsasən bu günədək klinikanın ərazisinə daxil olmamışam.
Yeni Gəncə Tibb Mərkəzinin möhürü və elektron imzası məndən rəsmi akt tərtib olunaraq təhvil götürülməyib. Möhürdən və elektron imzadan hal-hazırda qeyri qanuni istifadə olunur və hətta keçmiş tarixlərə saxta sənədlər hazırlanaraq təsdiq olunmasına ehtimalım var. 
Mənimlə təsisçi arasında maddi məsuliyyət üzrə müqavilə olmadığı halda mənim görmədiyim və mənə rəsmi şəkildə təhvil verilməmiş, adınıda bilmədiyim tibbi avadanlığın mənim tərəfimdən mənimsənildiyi fikiri artıq klinikada formalaşdırılmışdır.
Cənab Prezident ! 
16 oktyabr 2021-ci il tarixində təxminən saat 17 radələrində klinikanın üç nəfər işçisi (Mahir həkim, Zülfüqar və Kənan) mənim yaşadığım ünvana gələrək mənzilə daxil olmuşlar, Mahir həkim əlində olan telefonu mənə üzadaraq Təsisçi İlham müəllimlə danışmağımı tələb etmişdir.
Mən İlham müəllimlə danışarkən telefonda mənə təhqiramiz formada gələn adamların istədiklərini təmin etməyimi əmr etmişdir. Həmin adamlara mən otaqlara girməməyi bildirərək qarşılarını almaq isrəyərkən klinikada mühafizəçi vəzifəsində işləyən Kənan adlı şəxs mənim qolumdan tutaraq dəhlizin divarına çırpmış, zor tətbiq edərək mənzilin bütün otaqlarında axtarış keçirərək dəhlizdə Bakı şəhərinə aparmaq məqsədilə qutulara yerləşdirdiyim şəxsi əşyalarımı , əşyalarla birlikdə olan 2000 manat pulumu və brilliant qızıl-zinət dəstimi götürərək mənzildən çıxmışlar. Mən səhhətim pozulduğu üçün Təcili tibbi yardıma, sonra isə mənzilımə basqın olduğu üçün 102 qaynar xəttinə müraciət etmişəm. Bunlar məni intihara məcbur edir. 
Cənab Prezident, ümidim Sizədir !
Sözün qısası, səhiyyəmiz fəlakətli  durumdadır. 
Yazıda müxtəlif saytların  materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(gundelik-baku.com)шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024