Cəmiyyət / Slayd (24-12-2014, 22:15)
“Göyçayda korrupsiyaya qurşananlar Ziya Məmmədovla bağlı vəzifəli şəxslərdir”
Hüquq müdafiəçisi Vidadi İsgəndərli nəqliyyat nazirinə və onun klanına növbəti ağır ittihamlar səsləndirib
“Demokratiyanın Müdafiəsinə Kömək” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Vidadi İsgəndərli Göyçayda olan rüşvət və korrupsiya faktları ilə bağlı topladığı sənədləri Baş Prokurorluğa təqdim edib.
“Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədovun, onun pul yığanı kimi tanınan Ruslan Əlizadənin korrupsiya və rüşvət faktları ilə əlaqədar hüquq müdafiəçisi kimi Baş Prokurorluğa, MTN-ə, DİN-ə məlumat vermişəm. Təqdim etdiyim sənədlər arasında mənə müraciət edən Ağalar Səlimovun adlarını çəkdiyim məmurlarla bağlı, həmçinin yaxını olan sahibkar, “Modern Servis” prezidenti Çingiz Səlimovun rüşvət, korrupsiya və dələduzluq əməlləri ilə bağlı videomüraciət və başqa sənədlər də vardı” – deyə hüquq müdafiəçisi bildirib.
O, deyib ki, A.Səlimovla birgə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də olublar: “Orada da ərizəmizi qəbul edib qeydiyyata götürdülər. Vergilər Nazirliyinə, Ədliyyə Nazirliyinə, MTN-ə, DİN-ə gedib şikayət ərizəsini təqdim edəcəyəm”.
Vidadi İsgəndərli
Hüquq müdafiəçisi maraqlı bir faktı da açqılayıb: “Bəzən insanlar korrupsiya sözünün mənasını düzgün başa düşmürlər. Korrupsiya ilə rüşvəti qarışdırırlar. Korrupsiya daha böyük anlayışdır. Əgər fikir versəniz görəcəksiniz ki, Göyçayda korrupsiyaya qurşananlar bilavasitə nəqliyyat naziri Ziya Məmmədovla bağlı vəzifəli şəxslərdir. Qeyd etmək istəyirəm ki, baş prokurorun baş köməkçisi də Ziya Məmmədovun qardaşı oğludur. Korrupsiya vəzifəli şəxslərin bir-biri ilə cinayət əlaqəsinə girərək vəzifələrindən sui-istifadə etməklə xalqın və dövlətin əmlakını mənimsəməsidir. Dəfələrlə mətbuatda bildirmişəm ki, Ziya Məmmədov Göyçayın Qaraməryəm kəndindəki çınqıl dağından İpək Yolunun tikintisində istifadə edir. Dağı qazıyıb aparıb yola tökürlər. Amma rəsmi olaraq yazırlar ki, guya çınqılı xaricdən gətirilər. Göyçayın icra başçısı Mansur Məmmədov onun xalası oğlu, qardaşı deputat Elton Məmmədov isə deputatdır. Dağın dağıdılmasına göz yumulması da bu adamların bir-biri ilə yaxın qohumluq əlaqələrində olmalarıdır. Bunun bir adı var – korrupsiya”.
V.İsgəndərli deyib ki, nəqliyyat nazirinin qardaşı Ucarda böyük bir yaşıllığı məhv edib: “Bu adamlar Ucarda böyük bir yaşıllıq sahəsini məhv ediblər. Ziya Məmmədovun qardaşı oğlu həmin yerdə böyük ticarət mərkəzi tikib. Bunu Ucarda “görən” məmur tapılmayıb. Çünki oradakı məmurlar da Məmmədovların qohum-qardaşları, tanışlarıdır”.
“Ziya Məmmədov Göyçayın Qaraməryəm kəndindəki çınqıl dağından İpək Yolunun tikintisində istifadə edir. Dağı qazıb aparıb yola tökürlər. Amma rəsmi olaraq yazırlar ki, guya çınqılı xaricdən gətirirlər” |
Hüquq müdafiəçisi daha bir məlumatın araşdırılmamış qaldığını bildirib: “Göyçayda bir çox insanlar Mansur Məmmədovun qanunsuzluqları haqda rəsmi olaraq hüquq mühafizə orqanlarına müraciət etməyə qorxurlar. Səbəb də budur ki, müraciətlərə baxılmır, əksinə, şikayət yazanların özləri təqib olunurlar. Bu yaxınlarda Göyçaya xaricdə yaşayan, əslən Göyçaydan olan iş adamı gələrək böyük bir ticarət mərkəzi tikmək istəyib. O, Göyçayın “Qırmızı körpü” adlanan ərazisində zibillikdə abadlıq işi apararaq böyük ticarət mərkəzi açmaq istəyib. Mənə verilən məlumata görə, həmin iş adamını get-gələ salıblar. Sonda o bezib və Mansur Məmmədova tikintiyə sərəncam verməsi üçün 150 min manat ödəməyə razı olub. Lakin ondan 250 min manat istəyiblər. Həmin şəxs Rusiyaya qayıdıb. Adamlar prezidentin regionların sosial iqtisadi inkişafı qərarına əsasən ölkəyə gəlib sərmayə yatırmaq istəyirlər, lakin Mansur Məmmədov kimi məmurlar onlara şərait yaratmırlar. Üstəlik əngəllər yaradırlar”.
V.İsgəndərli bildirib ki, hüquq mühafizə orqanlarına təqdim etdiyi cinayət faktlarının ört-basdır olunmasına imkan verməyəcək.
Yazıda adları çəkilən şəxsləri dinləməyə, onların mövqeyini qəzetdə dərc etməyə hazırıq.
musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024