Cəmiyyət / Slayd (23-12-2014, 19:39)
İcra başçısının mebel biznesi və məhv olan Ağstafa meşələri
Ağstafada rəsmən yaşıllıqların qəsdinə durublar; icra başçısı ilə müavini isə qanunları tanımır…
Mebel sexlərində istehsal olunan məhsulların bir qismi Bakıya satışa göndərilsə də, bir qismi rayonda keçirilən tenderlərdə işə yarayır.
Ölkənin şimal-qərb hissəsində Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyində yerləşən Ağstafa rayonunda “yaşıl soyqırım” səngimək bilmir. Əldə etdiyimiz məlumatlara görə, havaların soyuması ilə rayonun meşə massivlərində ağacların kütləvi şəkildə qırılması prosesinə start verilib.
Yerli əhali isə nadir və qiymətli ağac növlərinin məhv edilməsində Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məhərrəm Quliyevi, habelə onun birinci müavini Ramiz Tatarovu günahkar bilirlər. Bu barədə bir qədər sonra.
Məlumat üçün bildirək ki, Məhərrəm Quliyev 1968-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Lənkəran rayonunun “Avrora” sovxozunda aqronom, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsində mütəxəssis və müdir, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini, 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində işləyib. Prezidentin 01 iyul 2011-ci il tarixli sərəncamı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Ağstafada meşələr talan edilir. Məlumatda bildirilir ki, bir zamanlar keçilməz olan Qarayazı meşələri artıq yoxa çıxmaq üzrədir:
“Qarayazı meşələri tamamilə məhv olmaq təhlükəsi ilə üzləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yetkili şəxsləri, həmçinin aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları yaşıllıqların qəsdinə duran şəxslərə qarşı ciddi mübarizə tədbirləri aparsalar da, odun biznesmenləri qanunsuz əməllərindən geri çəkilmirlər. Ağstafada son illər meşələr vandalcasına məhv edilir. Rayon camaatı bununla bağlı müvafiq instansiyalara çoxsaylı müraciətlər edib, amma ağacları məhv edənlərə qarşı mübarizə yox dərəcəsindədir. Məhərrəm Quliyev icra başçısı vəzifəsinə keçəndən sonra isə bu sahədə vəziyyət daha da ağırlaşıb. Bu gedişlə Qarayazı meşələrində ağac qalmayacaq. Özü də meşələrin kütləvi şəkildə qırılmasının səbəbkarları sıravi adamlar deyillər. Qarayazı meşələrinin kütləvi şəkildə qırılmasının səbəbi bu ağaclardan mebel sənayesində total şəkildə istifadə olunmasıdır. Həmin mebel sənayesi isə rayonda fəaliyyət göstərən sexlərdən ibarətdir”.
Qaynağımızın iddiasına əsasən, bu sexlər Ağstafanın icra başçısı Məhərrəm Quliyevlə müavini Ramiz Tatarova məxsusdur: “Həmin mebel sexlərində istehsal olunan məhsulların bir qismi Bakıya satışa göndərilsə də, bir qismi rayonda keçirilən tenderlərdə işə yarayır. Belə ki, həmin tenderlərdə yumşaq və bərk mebellər olan maddə üzrə bütün alqı-satqı işləri həmin sexlərin məhsulları hesabına reallaşdırılır. Bundan başqa, meşələri məhv edən şəxslər odunları rayon camaatına satırlar. Çünki Ağstafanın əksər kəndlərində vətəndaşların mavi yanacaqla təminatı olduqca bərbad vəziyyətdədir. Əhali qışda soyuqdan donmamaqdan ötrü əsasən odundan istifadə edir. Odun isə meşə massivlərinin qırılması hesabına əldə olunur. Rayonda bir maşın odunun qiyməti 600-800 manat arasında satılır. İcra başçısı Məhərrəm Quliyev və müavini Ramiz Tatarovun icazəsi olmadan heç kim ağacları məhv edə bilməz. Çox maraqlıdır ki, icra hakimi törətdiyi “yaşıl soyqırım”ı diqqətdən kənarda sazlamaq üçün rayonun bəzi mərkəzi hissələrində il ərzində bir neçə dəfə ağacəkmə kampaniyası həyata keçirir. Amma bu sırf görüntü yaratmaq naminə atılan addımdır. Əkilən ağaclara qulluq göstərilmir və onlar bir müddətdən sonra quruyub məhv olurlar”. Meşə massivlərinin məhvində Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyinin də əlinin olduğunu deyən mənbəmiz bildirdi ki, müəssisənin işçiləri üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmirlər: “İskra deyilən və Kürün sağ sahilində yerləşən meşə zolağında acınacaqlı vəziyyət yaşanır. Müəssisə rəhbərliyinin “xeyir-duası” ilə burdakı yaşıllıqlar məhv edilir. Təəssüf ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları “yaşıl soyqırım”ın qarşısını almırlar”. Bunlar mənbənin bizə verdiyi məlumatlardır. Əlimizdə konkret faktlar olmadığı üçün Ağstafada meşələrin icra başçısı və müavini tərəfindən məhv edildiyini dəqiq deyə bilmərik. Amma ortaya bu barədə iddia atılıbsa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, eləcə də rayonun aidiyyəti hüquq-mühafizə orqanlarının yetkililəri dərhal araşdırmalara başlamalıdır. (gundelik-baku.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024