Cəmiyyət (29-03-2022, 22:12)
Qarabağda da xidmət edən rus general 15 yaşlı qızı zorlama ittihamı ilə saxlanıldı
Rusiyanın Yekaterinburq şəhərində 15 yaşlı şagirdi zorlamaqda günahlandırılan Rusiya Federasiyası Silahlı Qüvvələrinin 54 yaşlı istefada olan general-mayoru Ramil Gilyazov və onun dostu, 40 yaşlı, onkoloji dispanserin həkimi İvan Sobaçev saxlanılıb.Mediatv.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar məktəbli qıza qrup şəklində təcavüz etməkdə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsinin 3-cü hissəsi) şübhəli bilinirlər.
Araşdırma aparılan mənzilə baxış zamanı oradan spirtli içki şüşələri və içərisində narkotik vasitəyə oxşar maddələrin izləri olan çantalar aşkar edilib.
Bildirilir ki, hər iki şəxsi ağır cəza gözləyir. Müstəntiqlərin sözlərinə görə, onlar zərərçəkənin köməksiz vəziyyətindən istifadə ediblər.
Qeyd edək ki, Ramil Gilyazov Əfqanıstandakı hərbi əməliyyatların, həm də Çeçen yürüşlərinin veteranı olub. Həmçinin, Suriyada, Qarabağda və digər yerli toqquşmaların baş verən yerlərdə xidmət edib. Çeçenistanda müharibə zamanı o, şəxsən öz hərbçilərini mühasirədən çıxarıb. O, “Şücaət” ordeni, Mühafizəçi Xaçı və bir sıra digər mükafatlarla təltif edilib. Gilyazov bir il əvvəl Cənub Hərbi Dairəsinin Birləşmiş Strateji Komandanlığının döyüş hazırlığı şöbəsinin keçmiş rəisi vəzifəsindən səhhətinə görə tərxis edilib.