Cəmiyyət (9-03-2022, 10:30)
Ukraynada uduzan ruslar QARABAĞI QARIŞDIRIR... - FAKT BUDUR!

Elçin Şıxlı qeyd edib ki, belə hallarda Azərbaycan tərəfi ayıq-sayıq olmalı, düşmənə adekvat reaksiya verməlidir:
“Məndə olan məlumata görə, Azərbaycanın müdafiə naziri Zakir Həsənov ordumuza tam kart-blanş verib ki, separatçılar atəşi pozan kimi adekvat cavab versinlər. Mən bunu vacib sayıram. Onlar bilməlidir ki, qarşılarındakı onlardan güclü Azərbaycan Ordusudur”.
Analitikin ehtimalına görə, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli sazişin bəndləri tam həyata keçməyincə belə atışmalar baş verəcək: “Həmin sazişin bəndlərinə əsasən “sülhməramlı” adlandırılan rus qoşunları əraziyə daxil olduqca Ermənistanın ordu birlikləri ərazidən çıxmalı, eləcədə separatçılar silahsızlaşdırılmalı idi. Bunu kim etməlidir? Sözsüz ki, sülhməramlı kontingent. Bəs niyə etmir? Hesab edirəm ki, indiki təxribatların kökünü burada axtarmalıyıq. Məhz bu səbəbdən qeyd edirəm ki, sistemli şəkildə silahların danışdırılması təsadüfi deyil, daha çox təxribatdır. Bizim əsəblərimizi və davranışlarımızı test edirlər. Ancaq onlar zorla hesablaşırlar”.
E. Şıxlı sonda diqqətə çatdırıb ki, Rusiyanın Ukraynadakı uğursuzluğu Qarabağdakı sülhməramlıları ağllarını başlarına yığmağa məcbur edəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025