Mediatv.az xəbər verir ki, bu barədə Altay Mehdiyev özünün Feysbuk hesabında yazıb:
"Bildirmək istəyirəm ki, xidmət etdiyim bütün müddət ərzində mənə qarşı törədilən qanunsuzlara baxmayaraq, rəhbərliyin altında çoxlu sayda -- Çox Uğurlu əməliyyatlar keçirməyə nail olmuşuq. Əməliyyatlar Çox Uğurlu o o deməkdir ki, belə əməliyyatlar zamanı bir nəfər də olsun itki verilmir.
Ən uğurlu əməliyyatlarımızdan biri də, 2003-cü ildə rəhbərliym altında, düşmənin nəzarəti altında olan Buzqov dağı--Havuç kəndi arasında 70 kv.km yaxın ərazidə yerləşən bütün strateji hündürlükləri azad etməyimiz olmuşdur.
Qəbul etdiyimiz əsaslandırılmış qərar, real vəziyyətə uyğun olaraq hazırladığımız döyüş planı, döyüş planına uyğun olaraq keçirdiyimiz təlimlər, əməliyyata cəlb olunan bölmələrin hazırlığı, döyüş ərazisində qabaqcadan gördüyümüz ağlabatmaz mühəndis işləri, şəxsi heyyət tərəfindən məxviçilik rejiminə tam şəkildə riayət olunması və nəhayət qarşımızda duran lovğa, özündən razı, heç bir hazırlığı olmayan, Qarabağ müharibəsinin ilk günlərində bizim səhvlərimiz hesabına təsadüfi "qələbə" qazanan düşmən durumu -- bizə bu əməliyyatın Gox Uğurlu keçirməyimizə əsas verirdi.
Bəli, bu əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, birnəfər olsun belə itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik !!!
Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatlarının ən qızğın vaxtında yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş qərərgah rəisi vəzifəsində olan general Sadıqov N. mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzzəbli bir tərzdə :
-- Siz haradasınıız ? Nə ilə məşğulsunuz ?
-- Ön xətdə ! Müdafiə xəttini möhkəmləndirməklə !
-- Hansı müdafiə xəttini möhkəmləndirməklə ? Bu dəqiqə Ermənistanın Baş qərərgah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib "torpaqlarını" zəbt etmisiniz.
Yerevanda prezident aparatı qarşısında mitinq keçırılır. Mən sizə əmr edirəm -- Təcili olaraq əvvəlki mövqelərimizə qayıdın.
-- OLDU ! -- sözünü, 1974 - cü ildən hərbi xidmətdə olduğum bütün müddət ərzində söylədiyim qədər ürəkdən, böyük bir sevinc hissi, yüksək templə söyləməmişdim. Lakin onun "əmrinə" məhəl qoymadan Çox Uğurlu döyüş əməliyyatlarına rəhbərliyə davam etdim.
Ən maraqlısı odur ki, general Sadıqov çox gözəl bilirdi ki, Naxçıvan MR keçirdiyimiz bütün tədbirlər Ali Məclisin sədri cənab Vasif Talıbovun şəxsən tapşırığı, razılığı və nəzarəti altında, qarşımıza qoyduğu "ƏYƏR TORPAQLAR BİZİMDİRSƏ, O TORPAQLARA BİZ NƏZARƏT ETMƏLİYİK" -- tələbi altında həyata keçirilirdi. Bütün bunlara baxmayaraq yenə də digər istiqamətdə olduğu kimi Naxçıvan MR da istədiyini həyata keçirməyə çalışırdı !?
Əks halda, qanunsuz verdiyi əmri yerinə yetirmədiyimə görə hələ 1994 cü ilin yanvar ayında yaşadığım problemləri yenidən mənə yaşadacaq idi.
Belə ki, 1993 dekabr-- 1994 yanvar aylarında Tərtər istiqamətində Briqada komandiri vəzifəsində xidmət edərkən, Müdafiə nazirliyindən xəbərsiz, öz qərarımla, bir-neçə kəndi azad etdiyimə görə general Sadıqovun yanvar ayının 27-də ( Uğursuz Quş əməliyyatından sonra ) general Vasyak və iki polkovnikə Tərtərə gələrək məni Briqada komandiri vəzifəsindən uzaqlaşdıraraq, bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər. Narazılığını bildirdikdə, general Sadıqovun təklifi, MN, general Məmmədrəfi Məmmədovun əmri ilə məni tutduğum vəzifədən azad edərək başqa hərbi hissəyə, aşağı vəzifəyə təyin etdilər. Onu da deyim ki, general Məmmədovun səbəbini mənə söyləməyinə söz verməyincə baxmayaraq, hətta nazir sözünü də yerinə yetirmədi !?
"Köməklik göstərmək"məqsədi ilə mənə, Briqada komandiri vəzifəsində xidmət edən, polkovnikə, M.V. Frunza adına Akademiyanı bitirmiş zabitə müharibənin ən qızğın vaxtında ordudan tərxis olunmaq haqqında ərizə yazmağınız da təklif etdilər. Hələ bu az imiş bu istiqamətdə mənə kömək göstərmələrini "kişi kimi" söz də verdilər !!!
Əlbəttə ki, mənim cavabım çox qısa oldu : Məni Vətənimi qorumağa siz gətirməmisiz, siz də mənə getməyə kömək göstərəsiz !?
Bu və bunun kimi yüzlərlə faktlara görə general Sadıqov məni xidmət etdiyim bütün müddət ərzində heç cürə qəbul edə, bağışlaya bilmirdi. Mənə qarşı tədbirlər görməyə isə o zamanlar səlahətləri kifayət etmirdi.
Ən dəhşətlisi isə odur ki, son zamanlar onun səlahiyyətləri həndəsi silsilə ilə artmağa başladı.
Məhz bu səbəbdən də Silahlı Qüvvələrimizin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsində rəhbərliyi tərəfindən döyüşlərin planlaşdırılmasında, idarə olunmasında, döyüş və arxa cəbhə təminatında yol verdiyi uğursuzluqları nəzərə alaraq, bir neçə yuxarı vəzifəli şəxslərlə birlikdə tutduqları vəzifələrindən azad etdi.
Lakin çox əfsuslar olsun ki, Ali Baş Komandan tərəfindən general N. Sadıqov ordudan uzaqlaşdırılana qədər yüzlərlə yüksək rütbəli və vəzifəli, Vətənpərvər zabitlərimizi müxtəlif yollarla Ordumuzdan uzaqlaşdırmaqlı, Ordu quruculuğuna, Ordumuzun inkişafına nə qədər ziyan vurdu !?
Hər bir komandir tabeliyində olanlar arasında yüksək nüfuza malik olmalıdır. Bunun isə yeganə yolu, xidmət etdiyi bütün müddət ərzində özünün və bağlı zabit heyyətinin hər birinin zabit şərəfinin qorunması uğrunda mübarizə aparmasındadır.Buna isə ancaq və ancaq yüksək peşəkar hazırlığı və idarəetmə keyfiyyətləri, öz peşəsinə və tutduğu vəzifəyə məhəbbəti, təşkilatçılığ bacarığı, yüksək tələbkarlığı, tabeliyində olanların hər birinin şəxsi ləyaqətinə hörmətlə yanaşması ilə qazanmaq olar.
Çox təəssüflər olsun ki, general Sadıqov kimi bəzi yüksək vəzifəli zabitlər qeyd etdiyim bütün bu tələblərdən uzaq olduqlarından, nizamnamə və sağlam düşüncə tələblərinin əksinə olaraq, vəzifə səlahətlərini açmaqla, tabeliyində olanları daima gərginlikdə saxlamaqla, onlara qarşı cinayət tərkibli hərəkətlərə yol verməklə onların bir çoxunda qorxaqlıq, hərəkətlərində qeyri müəyyənlilik və qarşılıqlı hörmətsizlik hisslərinin formalaşmasına təkan verirdilər"