Cəmiyyət (17-12-2014, 11:11)
Əvəz Zeynallı 45 yaşını ailəsilə bir yerdə qeyd etdi
2011-ci il oktyabrın 28-də həbs olunan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı dekabrın 16-da ƏN PXİ-nin 10 saylı Cəzaçəkmə Müəssisəsində 45 yaşını ailə üzvləri və doğmaları ilə bir yerdə qeyd edib
Baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı görüşdən sonra xural.com-a bildirib ki, Əvəz Zeynallının səhhətindəki problemlər həmişəki kimi qalsa da, əhval-ruhiyyəsi yaxşı idi:
“Əvəz bəy artıq 4-cü ildir ki, ad gününü həbsxanada keçirməli olur. Buna baxmayaraq, yenə də ənənəsinə sadiq qalıb, özünə küçən illərin hesabatını verdi. Hədər yerə yaşamadığımızın izahını, cəmiyyətə “Xural” qəzeti olaraq verdiyimiz tövhələri təhlil edərək, verdi. Ad gününü yaxından-uzaqdan təbrik edən bütün dostlara öz salamını və təşəkkürünü çatdırdı. Əvəz bəy hər zaman olduğu kimi, yenə də mətindir. Yeni kitablar oxuyur, tərcümələrini davam etdirir. Yeni ildən gözləntiləri də çoxdur. Hər şeyin gözlənildiyindən də yaxşı olacağına əminliyi var. Uşaqların dərslərilə maraqlandı. Onlara Azərbaycan gəncinin daha mükəmməl yetişməsi üçün hansı öhdəlikləri yerinə yetirməli olduğunu izah etdi.”
Əvəz Zeynallı 1969-cu ildə anadan olub. Ankara Dövlət Universitetini bitirib. “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan “Xural” qəzeti həmin gündən həftədə yeddi dəfəyə keçib. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayandırılıb. Oktyabrın 28-də isə Əvəz Zeynallı həbs edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali instansiya məhkəməsi baş redaktorun aşağı instansiya məhkəmələrindən olan şikayətini təmin etməyib. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları, ABŞ Dövlət Departamenti “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyıb və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bildirib və hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsiv edib.
Norveç Helsinki Komitəsi 2014-cü il Azərbaycandakı digər siyasi məhbuslarla yanaşı Əvəz Zeynallını da “Andrey Saxarov Azadlıq mükafatı”na layiq görüb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024