Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-07-2014, 12:29)
Bakı meri ilə bağlı daha bir qalmaqal

Bakı meri ilə bağlı daha bir qalmaqal

 

Azərbaycanın tikinti maqnatlarından biri, adı mətbuata və ictimaiyyətə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesindən tanış olan Aydın Heydərovun iddiasına əsasən Nəsimi rayon Məhkəməsinin Bakı meri Hacıbala Abutalıbova qarşı çıxardığı qərar hələ icra olunmayıb

 

Məhkəmə qərarına əsasən A.Heydərov ona ödənməli olan 4,7 milyon dolları ala bilməyib.
"Mediatv.az" xəbər verir ki, tikinti maqnatı kimi tanınan “İnturavro” şirkətinin rəhbəri A.Heydərovun vaxtilə Bakı meri Hacıbala Abutalıbovla çox yaxın münasibətləri olub. Ancaq sonra A.Heydərov H.Abutalıbovla məhkəmədə üzləşib. 
Buna səbəb “İnturavto”ya məxsus binanın Bakı merinin göstərişi ilə sökülməsi göstərilir. A.Heydərov Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatları Departamenti və Maliyyə Nazirliyinə qarşı rekord həddə - 17 milyon manatlıq iddia qaldırıb. İddiaya görə, şirkətin hərrac vasitəsilə satın aldığı, özəlləşdirilmiş 4 mərtəbəli binası 2012-ci il aprelin 9-da gecə saatlarında heç bir xəbərdarlıq edilmədən sökülüb. Avadanlıqlar və əmlak isə aparılıb. Ekspertiza şirkətin dağıdılan əmlakını 15 milyon 549 min 300 manat məbləğində dəyərləndirib. Nəsimi rayon Məhkəməsində iddiaçının Bakı şəhər İcra Hakimiyyətinə qarşı pul tələbi qismən təmin edilib və BŞİH-nin 4 milyon 700 min manat məbləğində cərimələnməsinə dair qərar çıxarılıb. Lakin 1 ildən artıq vaxt keçməsinə baxmayaraq məhkəmə qərarı hələ icra olunmayıb. 
A.Heydərovun hüquqlarını məhkəmədə müdafiə edən vəkil Kamandar Nəsibov İnterpress.az-a bildirib ki, ölkədə məhkəmə qərarlarının icrası vəziyyəti olduqca acınacaqlıdır: “Məndə hətta 6 ildən bəri icra edilməyən məhkəmə qərarları var. Ona görə də bu qəbildən olan qərarların icra edilməməsi artıq adi hal kimi qəbul edilməyə başlanıb. BŞİH dövlət qurumu olduğu üçün Aydın Heydərovun da iddiasına əsasən məhkəmənin çıxardığı qərarda göstərilən rəqəm 4,7 milyon dollar Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına ödənməlidir”. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
18 09 2024
18 09 2024
18 09 2024