Cəmiyyət / Slayd (21-01-2022, 09:42)
Rayonlar birləşdirilə, 14 rayon yaradıla bilər? - GƏLİŞMƏ
Mediatv.az Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Aydın Hüseynovun Axar.az-a müsahibəsini təqdim edir:
- Hazırda qida təhlükəsizliyi dünyada prioritet məsələyə çevrilib. Ancaq Prezident İlham Əliyev bunu illər öncədən görmüş və buğda istehsalının təşviq edilməsi ilə bağlı sərəncamlar imzalamışdı. Artıq 2007-ci ildən fermerlərə subsidiyalar verilir. Aradan 15 ilə yaxın zaman keçib. Ancaq yenə də buğda istehsalı daxili tələbatı tam ödəmir, biz idxalçı ölkəyik. Bəzi ehtimallara görə, çörəyin qiymətinin artma səbəbi də budur...
- BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə qlobal miqyasda ərzaq məhsullarının qiymətləri 28-40 faiz bahalaşıb. Xüsusilə də ötən ilin aprel ayından dekabr ayınadək olan dövr ərzində dünyada ərzaq buğdasının qiymət artımları 40-60 faiz civarında müşahidə olunub. 2021-ci ilin aprelində bir ton buğdanın ixrac qiyməti 178-200 ollar arasında idisə, dekabrda qiymətlər 245-295 dollara yüksəlmişdi. Bu, son 4 ilin ən yüksək göstəricisidir. Bundan əvvəl ən yüksək qiymət 2017-2018-ci illərdə olub, buğdanın hər tonu 200 dollardan satılırdı.
Buğda təminatında idxaldan asılı olan ölkələrin hamısında ötən ilin ortalarından etibarən bahalaşma müşahidə edildi. Ümumiyyətlə, dünyada 200 ölkədən 70-i özünü taxılla tam təmin edir, 130 ölkə idxaldan asılıdır. Bahalaşma da 130 ölkənin hamısına təsir etdi. 2021-ci ildə bütün dünya ölkələrində, o cümlədən MDB və yaxın region dövlətlərində un və çörəyin qiyməti müxtəlif dövrlərdə 10-12 faiz artmaqla, 2021-ci ilin dekabrında ümumilikdə, 30 faizə yaxın bahalaşma ilə nəticələndi.
Azərbaycan hökuməti ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasına baxmayaraq, qiymət sabitliyini qorumaq üçün bazara müdaxilə etdi, hökumətin ayırdığı böyük subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin edildi. Hətta ölkəmizin idxal etdiyi ərzaq buğdasında payı 90 faizdən çox olan Rusiya hökumətinin 2021-ci ilin əvvəllərində tətbiq etdiyi yüksək ixrac rüsumları sayəsində buğdanın qiymətində 50%-dən çox qiymət artımının baş verməsinə baxmayaraq, ölkəmizdə un və çörək bahalaşmadı. Hökumət tələbatı ödəmək və daxili bazarı tənzimləmək üçün neçə illərdir ki, taxıl idxalçılarına müxtəlif güzəştlər və daxili bazarda qiymətlərə müdaxilə edir, buğda və un məmulatlarına tətbiq edilən ƏDV-nin ləğvi nəticəsində qiymətlərin daxili bazara kəskin təsirləri azaldıldı. Ancaq bu davamlı tənzimləmə yolu hesab edilə bilməz.
Təbii ki, subsidiyalar hansısa sahənin dayanıqlılığını saxlamaq üçün yeganə çıxış yolu deyil, dövlətin maliyyə yardımı müəyyən dövr üçün tənzimləyici rol oynaya bilər, liberal bazarı isə azad bazar qaydaları, tələb-təklif tənzimləyir. Bu baxımdan, Azərbaycan hökuməti də azad bazar prinsiplərinə əsaslanaraq, buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərində tariflərin idxal qiymətinə uyğunlaşdırılmasına qərar verdi. Beləliklə, idxal qiymətləri, daşınma-logistika və digər xərclər nəzərə alınmaqla, un və çörək real bazar qiymətlərinə uyğun formalaşmış oldu.
Hazırda Azərbaycanda ərzaqlıq buğda ilə təminetmə səviyyəsi 58 faizə bərabər olduğundan, il ərzində təxminən 800-900 min ton xarici ölkələrdən buğda idxal olunur. Ancaq bununla yanaşı, son illərdə həyata keçirilən proqramların icrası sayəsində Azərbaycanın ərzaq malları ilə etibarlı şəkildə özünütəminetmə səviyyəsi yaxşılaşıb. Hazırda subsidiyaların əhatəsinin genişləndirilməsi, bu sahədə şəffaflığın artırılması, digər stimullaşdırıcı addımlar ərzaq buğdası istehsalının artırılması üçün əlverişli zəmin yaradır.
- Qarabağın işğaldan azad edilməsi bu məkanın iqtisadi potensialından istifadə imkanlarını da yaradır. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkə iqtisadiyyatına inteqrasiyası prioritetdir. Bu il ilk nəticələr gözləməyə dəyərmi? Məsələn, bildiyimiz qədər, artıq Qarabağda bəzi sahələrdə taxıl əkini gerçəkləşdirilib.
- Şərqi-Zəngəzaur və Qarabağ iqtisadi rayonları vaxtilə ölkəmizin taxıl təminatında mühüm rol oynayıbdır, buğdaya olan tələbatın 15-18 faizini bu bölgələr verib. Hazırda həmin torpaq resurslarının da dövriyyəyə cəlb edilməsinə başlanılıb.
Cənab Prezident bəyan etdi ki, artıq həmin bölgələrdə əkinçilik üçün böyük vəsait səfərbər olunub, özəl şirkətlərə, fermerlərə təlimat verilib və artıq orada əkin işlərinə başlanılıb. Xüsusilə də buğda əkini sahələrinə geniş yer verilməkdədir. Beləliklə, azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparıldıqdan sonra ərzaq buğdası istehsalı təqribən 200 min ton artacaq və bu da un təminatını xeyli yaxşılaşdıracaq.
- Hazırda əhalini ciddi narahat edən məqamlardan biri də manatın məzənnəsidir. Sizcə, 2022-ci ildə manatı hansısa təhlükə gözləyirmi?
- Bir neçə ildir ki, manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşır. Valyuta bazarında tələb-təklifi isə Mərkəzi Bank (MB) və Dövlət Neft Fondunun (DNF) həyata keçirdiyi hərraclar müəyyənləşdirir. Mərkəzi Bank institisional orqan kimi monetar siyasətə nəzarət etsə də, valyuta dəyişmələrini açıq bazar hərraclarının öhdəsinə buraxıbdır.
Bu gün ölkədə valyuta hərracının, dollar satışının əsas təchizatçısı Neft Fondudur. Dövlət Neft Fondunun orta aylıq satışı təxminən 470-480 milyon dollar təşkil edir, yəni 120-130 milyon dollar aylıq valyuta artıqlığı yaranır. Bu isə o deməkdir ki, valyuta satışında tələbat azdır və manata təzyiq edəcək faktor da yoxdur.
Valyuta bazarında dayanıqlı sabitliyin digər mühüm göstəricisi tədiyyə balansının cari vəziyyətidir. 2021-ci ilin ötən 11 ayının idxal-ixrac göstəricilərinə baxsaq, ölkəmizin tədiyyə balansının əhəmiyyətli dərəcədə yaxşılaşdığını görə bilərik. Bu dövrdə xarici ticarət dövriyyəsi 30,2 milyard dollar təşkil edib. Dövriyyənin 19,8 milyarda yaxını ixracın, 10,4 milyardı isə idxalın payına düşübdür. Xarici ticarət saldosu 9,3 milyard dollardan çox olub. Tədiyyə balansı onu göstərir ki, manata xarici risk təhlükəsi hədsiz aşağıdır.
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 53 milyard dollar təşkil edir. Dövlət Neft Fondunun rezervləri 45 milyard, Mərkəzi Bankın ehtiyatları 8 milyard dolları ötüb. Yəni, strateji valyuta ehtiyatları 3 illlik idxalı üstələyəcək səviyyədədir. Bu da devalvasiya risklərini minimallaşdırır.
- Rayonların birləşdirilməsi də tez-tez gündəmə gətirilir. Azərbaycanda 14 iqtisadi rayon var. Mümkündürmü ki, iqtisadi rayonlar inzibati ərazilər kimi tanınsın və nəticədə icra hakimiyyətlərinin sayı 14-ə endirilsin?
- Cənab Prezidentin ötən il imzaladığı müvafiq fərmana əsasən, iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Əgər əvvəllər Azərbaycanda 12 iqtisadi rayon mövcud idisə, hazırda yeni bölgüyə əsasən iqtisadi rayonların sayı 14-ə çatdırılıb. Əlbəttə ki, Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi iqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirir. Fərmanda göstərildiyi kimi, bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Onun üçün Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılmaqla iqtisadiyyatın regional və sektoral strukturu də dəyişir, Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb. Bütün bunlar rayonların iqtisadi idaretmə imkanlarının da yeni yanaşma əsasında həyata keçirilməsini labüd edir. Həmin iqtisadi rayonların özünün spesifik inkişaf potensialı öyrənilir və hər bir bölgənin iqtisadi və coğrafi imkanları dəyərkləndirilərək ixtisaslaşmış inkişaf proqramları hazırlanır. Yeni reallıqlar fonunda iqtisadi rayonlaşdırma və iqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlər rayonların idaretmə sisteminin səmərəliliyini də artıracaqdır. Ölkədə iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına, institutsional islahatlar aparılmasına xidmət edəcəkdir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024