Cəmiyyət (22-10-2014, 19:38)
ANS-in keçmiş jurnalisti ölüm ayağındadır
ANS Televiziyasında çalışmış jurnalistin hazırda həyatı təhlükədədir.
“Mediatv.az” xəbər verir ki,Gəncə Media Mərkəzinin və uzun müddət ANS TV-nin Gəncə bürosunun əməkdaşı olmuş Nəriman Məmmədovun səhhətində ciddi problemlər yaranıb.
Bu barədə facebook”da müraciət yayılıb:
“O, hazırda İstanbulun Çapa Tıbb Fakültəsinin Infeksion bölməsinə yerləşdirilib. Hal-hazırda durumu olduqca ağırdır. Müalicəsi üçün 22.000 manatdan yuxarı pul tələb olunur. Nəriman Məmmədovun 3 övladı var. Oğlanlarından biri hal-hazırda Azərbaycan Ordusunda xidmət edir. Bir neçə il öncə Nəriman Məmmədovun xanımı həkimlərin səhvi üzündən həlak oldu. Gəlin hamılıqla 3 övlad atasının, bir ailə başçısının həyatda qalması üçün əlimizdən gələn köməkliyi əsirgəməyək. Yardımları Nərimanın qohumlarının bankda açdığı hesab vasitəsi ilə bu hesab nömrəsinə
Azərbaycan Beynelxalq Banki Gəncə Filialı
