Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-09-2014, 18:56)
Sabirabadda ağlar günə qalan səhiyyə...

 

Sabirabadda səhiyyə niyə ağlar günə qalıb?

 

 
İmkanlı, tanınmış şəxslərin müalicə və müayinə üçün xarici ölkələrə üz tutmasının əsas səbəblərindən biri də yerli səhiyyə sisteminə olan inamsızlıqdır. 
Son illər ərzində səhiyyəmizin inkişaf etdirilməsi məqsədilə bir sıra mütərəqqi addımlar atılsa da, tibb ocaqları müasir avadanlıqlarla təchiz olunsa da, bu sahədə problemlər bitib-tükənmək bilmir. 
Paytaxtda fəaliyyət göstərən səhiyyə müəssisələri ilə müqayisədə bölgələrdə vəziyyət daha bərbaddır. Belə ki, əyalətlərdə yerləşən səhiyyə mərkəzlərinin rəhbər işçiləri vəzifələrinə lazımi səviyyədə diqqət yetirmirlər. Bunun nəticəsində regionlarda tibbi xidmətlərin səviyyəsi ildən-ilə aşağı düşür.
Sabirabad rayonunun səhiyyə sistemi haqqında xoş sözlər söyləmək çətindir. Məlumatlı mənbələrdən aldığımız bilgilərə görə, Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Əziz Mikayılov nazir Oqtay Şirəliyevin etimadından istifadə edərək bir sıra qanunsuzluqlara imza atır. Baş həkimin işində yol verdiyi nöqsanlara keçməmişdən öncə bildirək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanası 320 çarpayıdan ibarətdir. 205 çarpayı xəstəxanada yerləşməklə 7 şöbəni əhatə edir. RMX-də cərrahiyyə, reanimasiya, terapiya, mamalıq-qinekoloji, nevroloji, yoluxucu xəstəliklər, pediatriya, poliklinika şöbələri və vərəm əleyhinə xəstəxana fəaliyyət göstərir. 
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında 558 nəfər tibb işçisi çalışır. Bunlardan 122 nəfər həkim, 436 nəfər isə orta tibb işçisidir. Mənbəmizin dediyinə görə, Əziz Mikayılov baş həkim vəzifəsinə təyin olunandan sonra xəstəxanada vəziyyət olduqca pisləşib: “Əziz Mikayılovun vəzifəyə təyin olunması ilə Sabirabad səhiyyəsində problemlər daha da dərinləşdi. Onsuz da xəstəxananın köhnə rəhbərliyinin dövründə kifayət qədər problem meydana gəlmişdi. Yeni baş həkimin işinə qarşı göstərdiyi məsuliyyətsizlik bunu daha da artırdı. Hazırda Mərkəzi Xəstəxanada əhaliyə göstərilən tibbi xidmətlər ürəkaçan səviyyədə deyil. Rayon sakinləri pulsuz səhiyyənin üstünlüklərindən yararlana bilmirlər. Həkimlər bura gələn insanlara sözün əsl mənasında qiymət oxuyurlar. Baş həkim şöbə müdirlərinin qarşısında konkret tapşırıqlar qoyub. Həmin tapşırıqlar əsasında fəaliyyət göstərən şöbə müdirləri və həkimlər vətəndaşları incidirlər. Həkimlər insanlara maddi vəziyyətinə görə xidmət göstərirlər. Kimin pulu varsa onu az qalırlar ki, başlarının üstündə saxlasınlar. Ancaq kasıb adamların üzünə belə baxmırlar.
 Xəstəxanada hər addımbaşı vətəndaşlardan “şirinlik” tələb olunur. Bütün növ analizlər və rentgen müayinəsi üçün sakinlərdən nəysə umulur. Halbuki, ölkə başçısının bir neçə il əvvəl verdiyi qərara əsasən, dövlət hesabına maliyyələşən səhiyyə ocaqlarında pulsuz tibbi xidmət göstərilməlidir. Əziz Mikayılovun isə sanki bundan xəbəri yoxdur”. Mənbə iddia edir ki, Ə.Mikayılov baş həkim postuna əyləşəndən sonra maddi vəziyyətini yaxşılaşdırmağı bacarıb: “Sabirabadda və Bakıda özünə xoş güzəran yaradan xəstəxana rəhbəri müsbət işlərlə məşğul olmur. 

 

Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya ayrılan dərman preparatları və təsərrüfat malları təyinatı üzrə sərf edilmir. Xəstəxanada qeydiyyatda olan güzəştli xəstələr dərmanı pulla alırlar. Amma dövlət hər ay onlara dərman göndərir. Görəsən, xəstəxana rəhbəri həmin dərmanları nə edir? Baş həkimin fəaliyyətindəki xoşagəlməz halların sayı çoxdur. Səhiyyə Nazirliyinin rəsmiləri onun gördüyü işləri yoxlayıb müvafiq tədbirlər görsəydi, Sabirabad camaatı rahat nəfəs alardı. Rayonda müxtəlif səhiyyə ocaqları olduğu halda, insanlar ya qonşu rayonlara, ya da paytaxta üz tuturlar. Baş həkim fəaliyyətində dönüş yaratmalıdır, yoxsa problemlər pik həddə çatacaq”. Qarşı tərəfin münasibətini öyrənmək istəsək də, bütün cəhdlərimiz uğursuz alındı. Buna baxmayaraq, baş həkimin də cavab haqqını tanıyırıq.(gunxeber.com)
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024