Cəmiyyət (26-09-2014, 16:28)
Ehsan qadağaları paytaxtda niyə işləmir?
Ekspert: “Hansısa bir qadağaya görə şeyxlə körpüləri yandırmaq olmur”
Hökumətin yas mərasimləri ilə bağlı qadağalar artıq məişət səviyyəsindən çıxaraq siyasi qarşıdurmaya çevrilib. Bir tərəfdən, bölgələrdə məmurların yas mərasimlərinə kobud müdaxiləsi əhalinin narazılığına səbəb olub, digər tərəfdən paytaxtda bu islahatlar Qafqazın şeyxinin müqaviməti ilə üzləşib.
Ehsan süfrələrində israfçılığın aradan qaldırılması qərarı nə qədər bəyənilsə də, bunun inzibati üsullarla həyata keçirilməsi ictimaiyyətdə qınaq obyektinə çevrilib. Eləcə də, yas mərasimləri ilə bağlı tədbirlər zorakılığa qədər gətirib çıxarsa da, toy mərasimləri ilə bağlı həmin qaydalar söz olaraq qalır.
Bəs, görəsən, mövcud durumda Qafqaz Müsəlmanlar İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə güzəştə gedəcəkmi? Hökumət ehsan israfçılığına qarşı göstərdiyi həssaslığı toy biznesin qarşı da apara biləcəkmi?
“Yeni Müsavat” bu suallar ətrafında ekspertlərlə müzakirə aparıb.
“Yeni Müsavat” qəzetinin dini mövzuda yazarı Kənan Rövşənoğlu yas mərasimləri ilə bağlı qadağaları müsbət qarşılasa da, bunun zorakılıq və kobud müdaxilə ilə tənzimlənməsinin əleyhinə olduğunu bildirdi: “Ehsan islahatları ilə bağlı zorakı mübarizə sui-istifadələrə yol açır. Bölgələrdə bu məsələnin yerli icra orqanlarına tapşırılması hər yerdə etirazlara səbəb olub. Paytaxtda bu bir növ mərkəzləşdirilmiş sistemdir və QMİ-nin nəzarətindədir deyə, müdaxilə edə bilmirlər. Bu mənada ortaq bir yol tapılmalıdır ki, həm məcburiyyət və zorakılıq olmasın, həm də ehsan israfçılığı aradan qalxsın. Dünyanın heç bir yerində bu cür ehsan təmtərağı yoxdur”.
K. Rövşənoğlunun sözlərinə görə, məlum qadağalar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsini bütün Qafqazın şeyxi ilə üz-üzə gətirib: “Qafqaz Müsəlmanlar İdarəsi ehsan islahatlarının məcburi olmasına qarşıdır və açıq şəkildə buna riayət eləmir. Arqument odur ki, bu qaydalar məcburi ola bilməz. Təbii ki, məcburi olmamalıdır, ancaq QMİ-nin də bu prosesə qoşulması yaxşı olardı.
Bu mübahisə onu göstərir ki, ənənəvi mövzu yenə də davam edir. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanlar İdarəsi arasında səlahiyyət sərhədləri müəyyən olunmadığına görə zaman-zaman bu idarələr arasında belə münaqişələr yaranır. Bu məsələnin paytaxtda da yoluna qoyulması üçün hökumət şeyxlə ortaq yol tapmağa məcburdur. Çünki, şeyx öz sahəsinin nüfuzlu adamıdır və hakimiyyət şeyxi qəbul edir və onun statusunu tanıyır. Buna görə də, hansısa bir qadağaya görə şeyxlə körpüləri yandırmaq olmur. Ancaq bu istənilən halda şeyxin sahəsinə müdaxilə olduğuna görə, o narazıdır və öz hüquqlarını tələb edir ki, onun sahəsinə müdaxilə olmasın”.
Baş verənləri insan haqlarının kobud şəkildə pozulması və qanunsuz hərəkət adlandıran “Yeni Müsavat”-ın yazarı Azər Rəşidoğlu bunun cinayət məsuliyyətinə səbəb olacağını vurğulayıb: “Bu mülkiyyət hüququna qarşı qəsddir. Heç bir qanun və normativ akt olmadan bu cür zorakılıq hallarına yol verənlər cinayət məcəlləsinin tələbinə görə, 7 müddətində azadlıqdan məhrum edilə bilər. Polisin və ya icra nümayəndələrinin belə zorakılıqları ilə üzləşmiş vətəndaşlar mütləq məhkəməyə müraciət etsinlər və Həmin məmurların cəzalandırılmalarına nail olsunlar. Əlbəttə ki, israfçılıq bəyənilən deyil. Bunun qarşısının alınması barədə tədbir görülməlidir. Bunu sırf ziyalılar, ruhanilər və vətəndaş cəmiyyətinin öndə olan insanları təbliğ yolu ilə həyata keçirməli idilər. Heç bir inzibati üsula əl atmaq olmaz. Hazırda baş verənlər isə israfçılığın qarşısını almağa yönəlməyib, sırf yeni bir rüşvət yerinin açılmasıdır və vətəndaşların azadlığına qarşı qəsddir.
O ki qaldı Təzəpir məscidində ehsan süfrələrinin əvvəlki kimi davam etməsinə, bütün Qafqazın şeyxinin nəzarətində olan mərasim zallarına müdaxilə etməyə çətin ki, hansısa məmurun cürəti çatsın. Şeyxin arxasında şəxsən kimin dayandığı hər kəsə məlumdur. Bu səbəbdən həmin zallara müdaxilə mümkün olmayacaq”.
Musavat.com saytının redaktoru Xalid Kazımlı da yas mərasimlərində israfçılığın qarşısının alınmasını maarifləndirmə yolu ilə həyat keçirməyin vacibliyini vurğuladı: “Bunun üçün ən əsas təbliğat üsulu kimi könüllü örnəklər olmalı idi, bu cür zorakılığa yol verilməməli idi. Bu qadağalar bir kampaniya xarakteri daşıya bilər, 2-3 ildən sonra yas mərasimlərində yenidən əvvəlki qaydada ehsan verilməsi bərpa olunar və yaxınlarının yasında ehsan verə bilməyən insanlar töhmət altında qala, psixoloji travma ala bilərlər. Ona görə yaxşı olar ki, bu məsələdə ali mənsəb sahibləri, imkanlı şəxslər öz əzizlərinin yasında israfçılıq etməyib nümunə göstərəydilər və daha sonra xalq istər-istəməz onların yolu ilə gedəcəkdi. Ancaq israfçılığa qarşı mübarizədən söhbət gedirsə, buna birinci toy mərasimlərindən başlamaq lazım idi. Çünki, daha çox israfçılıq toy biznesindədir, bir nəfər üçün menyunun qiyməti 70-80, 100 manata çatır. Əsasən toylar nəzarətə götürülməli idi, ancaq bu müşahidə olunmur. Bunun əvəzində rayonlarda kəndlilərin ehsan qazanlarını müsadirə edirlər, insanlara təzyiq edirlər, bu yolverilməzdir.
Görünür, bu islahatlarda məqsəd israfçılığın qarşısını almaq yox, yas biznesini çökdürməkdir”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024