Cəmiyyət (16-10-2018, 17:00)
Hacıbala Abutalıbov: Məni Lev Tolstoyun vəziyyətinə salmayın
Siz jurnalistlərin vəzifəsi iddia edilən, müzakirəyə çıxarılan məsələlərlə bağlı sualları mənə ünavanlamaqdır. Çünki bunlara aydınlıq gətirildikcə, oxunursunuz. Mənim də borcum ünvanlanan sualları cavablandırmaq, təbliğ etmək və məsələlərə hüquqi qiymət verilməsinə çalışmaqdır.
Mediatv.az-ın xəbərinə görə, bunu Modern.Az-a müsahibəsində Baş nazirin müavini Hacıabala Abutalıbov deyib.
“Bunların hamısı normal proseslərdir. Amma yazanda vicdanınızın səsinə də qulaq asın. Elə edin ki, məni dahi Lev Tolstoyun ömrünün axırıncı illərindəki vəziyyətə salmayasınız. Düzdür, Tolstoy ömrünün sonunu tənhalıqla başa vurdu. Amma bir şeyi də yaddan çıxarmayın ki, mən hər şeyə dözənəm. Çünki tənhalıq özü də xoşbəxtlikdir”, - deyə o vurğulayıb.
Baş nazir müavininin “Hacıbala müəllim, niyə özünüzü tənha hiss edirsiniz, axı siz tək deyilsiniz” sualına cavabı belə olub:
“Yox, mən ümumiyyətlə deyirəm. Bilin ki, tənhalıq da bir xoşbəxtlikdir. Tək olsan da sən özün, vicdanın, xeyirxahlığınla bir yerdə yaşayırsan. Ona görə deyirəm ki, bütün jurnalistlər vicdanla yazsınlar”
