Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-11-2017, 17:30)
Nicat Nəcəfli GSİ-yə icraçı direktor təyin edildi

Nicat Nəcəfli GSİ-yə icraçı direktor təyin edildi

 

“Gənclərin Sağlam İnkişafı” İctimai Birliyinə yeni icraçı direktor təyin edilib.

Mediatv.az  “Ölkə.az”-a istinadən xəbər verir ki, Nicat Nəcəfli təşkilatda icraçı direktor vəzifəsini icra edəcək.

Bu barədə məlumatı “Gənclərin Sağlam İnkişafı” İctimai Birliyinin sədri Məmməd Gülməmmədov bildirib.

Təşkilata icraçı direktor təyin edilən Nicat Nəcəfli Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili  alaraq daha sonra 2014-2016-cı illərdə Ukrayna Milli Texniki Neft-Qaz Universitetində təhsilini davam etdirib. Bundan əlavə, Böyük Britaniyanın Kambriya Universitetində Biznesin İdarə Edilməsi üzrə (MBA) fərqlənmə ilə magistr dərəcəsi alıb.

Peşəkar əmək fəaliyyətinə 2001-ci ildən QHT sektorunda “QHT-lərə Hüquqi Yardım Cəmiyyəti”ndən başlayıb. Nicat Nəcəfli QHT, hüquq, neft-qaz, tibbi və digər sahələrdə müxtəlif yerli və beynəlxalq təşkilatlara ardıcıl və sinxron tərcümə xidmətləri göstərib. 2006-cı ilin yanvarından Rusiya Federasiyası, Ukrayna və Qazaxıstanda özəl şirkətlərdə müxtəlif rəhbər vəzifələr yerinə yetirib. Fəaliyyəti ilə əlaqədar Avropanın müxtəlif yerlərində biznes və təlim səfərlərində olub. 2013-2017 illərdə Səudiyyə Ərəbistanında transmilli şirkətdə neft-qaz sahəsində texniki mühəndis və layihə rəhbəri vəzifələrini tutub. Texniki, iqtisadiyyat və idarəetmə sahələrində dərin texniki və nəzəri bilikləri vardır. Azərbaycan, rus, türk, ingilis, ukrayn və fransız dillərini mükəmməl bilir. Evlidir, 2 övladı var. 

шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024