Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-06-2017, 11:58)
Təhsil naziri: Müəllimlərin maaşı iki dəfə artırılıb

Təhsil naziri: Müəllimlərin maaşı iki dəfə artırılıb

 

“Azərbaycan müəllimlərinin 95 faizi diaqnostik qiymətləndirilmədə iştirak edib. Bu qiymətləndirmə əsasında müəllimlərin maaşı iki dəfə artırılıb”.

Mediatv.az Report-a istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda keçirilən iclasında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

Təhsil naziri bildirib ki, Prezident İlham Əliyev 2013-cü ildə təhsil sahəsində Milli strategiyanı təsdiq edib: “Bu, ilk strategiya olub. Burada aydın şəkildə təhsil sahəsində inkişaf məqsədləri müəyyən edilib. Son dörd il ərzində Azərbaycanda orta məktəb şagirdləri daha yaxşı, akademik fəaliyyət həyata keçiriblər. Bu sahədə 17 faiz artım müşahidə edilib. Universitetlərə qəbul qiymətləndirilməsində nəticələrin daha yüksək olması qeydə alınıb. Məktəbəqədər təhsil siteminə çıxış asanlaşdırılıb.

Bu, çox vacibdir və xalqın uzunmüddətli inkişafına təsir edir. Bizim qənaətbəxş məktəbəqədər təhsil sistemimiz yox idi. Məsələni çətinləşdirən səbəblərdən biri də bu müəssisələrdə qaçqın və məcburi köçkünlərin məskunlaşmasıdır. Məktəbəqədər təhsil müəssisələrinə uşaqları gətirmə faizi 18 faiz idi. Biz daha sonra kapital genişlənməsi həyata keçirdik. Üç il ərzində 18 faiz 55 faizə qalxdı”.

M.Cabbarov qeyd edib ki, təhsil sahəsində müxtəlif xidmətlər onlayn formada təmin olunub: “Xarici diplomların tanınması, elektron qaydada məktəbə yazılmaq və sair bu xidmətlərə aiddir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024