Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-04-2017, 22:36)
Deputatın sərt reaksiyası: Sən murdar əti öz doğma bacı-qardaşına satırsan axı!

Deputatın sərt reaksiyası: Sən murdar əti öz doğma bacı-qardaşına satırsan axı!

 

Bu günlərdə hamını narahat edən məsələ bölgələrdə murdar heyvan ətlərinin aşkarlanması ilə bağlıdır. 

Mediatv.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a həyata keçirilən tədbirlərin yetərsiz olduğunu deyir:

“Bu məsələ ilə bağlı tədbirlər həyata keçirilir. Amma görünən odur ki, bunlar yetərli deyil. O sahibkarlar anlamalıdırlar ki, insanların sağlamlığına biganə yanaşmaq olmaz”.

Deputat son vaxtlar bu məsələnin aktivləşməsindən narahat olduğunu qeyd edir:

“Ölkədə ət qıtlığı yoxdur ki, murdar ət satışını bununla əlaqələndirsinlər. Görünür, ətin qiymətinin bahalaşması işbazları daha da aktivləşdirib. Sahibkarlar niyə buna gedirlər, anlamıram. Axı biz hamımız azərbaycanlıyıq?! 

Ona görə də düşünürəm ki, çox ciddi tədbirlər görülməli, həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Yoxsa ki, murdar ət aşkarlayıb, onu müsadirə etmək və həmin şəxsi buraxmaqla iş bitmir. Bu, ölkəmiz üçün, insanlıq üçün yolverilməz haldır. Mən onlara sahibkar da deyə bilmirəm. Sən bu murdar əti öz doğma bacı-qardaşına satırsan axı!”.

шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024