Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-04-2017, 19:45)
BSU-nun professor-müəllim heyəti Ulu öndərin həyatını əks etdirən muzeyi ziyarət edib

  

26 aprel 2017-ci il tarixdə BSU-nun rektoru, professor  Nurlanə Əliyevanın rəhbərliyi ilə universitetin professor-müəllim heyəti  Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasında yerləşən Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən “Şöhrət” muzeyini ziyarət ediblər. Qonaqlar eksponatlarla tanış olmazdan öncə muzeyin önündə dahi şəxsiyyətin büstü önünə əklil qoymuş və xatirə şəkilləri çəkdirmişlər. 

          Qeyd edək ki, “Şöhrət” muzeyində Heydər Əliyevin nəsillərə nümunə olan həyatının bütün dövrlərinə aid zəngin informasiya məzmununa malik qiymətli fotoşəkillər  və eksponatlar mühafizə olunur. Muzeydəki unikal sənədlər, arxiv materialları Ümummilli Liderin ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətini, onun şəxsən həyata keçirdiyi və peşəkarlığın zirvəsi sayıla bilən əməliyyatlar haqqında məlumatları əks etdirir. Burada nümayiş olunan ekspozisiyalar şərti olaraq dörd mərhələyə bölünmüşdür: uşaqlıq və gənclik dövrü; Azərbaycan təhlükəsizlik orqanlarında işlədiyi dövr; ölkəyə rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövr; müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü.

          Dahi şəxsiyyətin valideynlərinin və uşaqlıq şəkillərinin mühafizə olunduğu bölmə böyük yolun başlanğıcı da hesab oluna bilər. Orada nümayiş olunan eksponatlar Ümmummilli liderin böyük yüksəlişə son dərəcə  ağır zəhmət və məşəqqətlər hesabına nail olduğunu göstərir. İkinci bölmə dahi şəxsiyyətin oxuduğu ibtidai məktəb, texnikum, ali təhsil ocağı haqqında qiymətli sənədləri-müxtəlif arayış, atestat diplom və s.- əhatə edir.  Burada böyük şəxsiyyətin yalnız əla qiymətlərdən ibarət olan qiymət cədvəlləri də var ki, fikrimizcə, onlar indiki nəslə əsl nümunə ola bilər.

        Muzeyin sonrakı bölmələrində Heydər Əliyevi bacarıqlı bir çekist, təhlükəsizlik xidmətinin rəhbəri, dövlət xadimi, siyasətçi, SSRİ dövlətinin rəhbərliyində təmsil olunan şəxs, müstəqil Azərbaycanın qurucusu və memarı kimi xarakterizə edən sənədlər, fotolar, tarixi əşyalar  və s. nümayiş olunur.                     

            Muzeyin bölmələrində müstəqil Azərbaycan Respublikasının qurucusunun müxtəlif illərdə aldığı orden və medalların, fəxri fərmanların, dövlət mükafatlarının  və s. orijinal və ya surətləri də nümayiş olunur.

        Bir sözlə, muzeyə gələnlər burada dahi rəhbərin həyat və fəaliyyəti barədə müfəssəl məlumat ala bilirlər. 

 

        BSU-dan gələn nümayəndələr muzeylə tanışlıqdan sonra zalda Ulu öndər haqqında qısa filmə də baxmışlar.  Qonaqları muzey əməkdaşları ilə bərabər, akademiyanın rəisi, general-leytenant  Əli Şəfiyev müşaiyət etmişdir. Görüşün sonunda BSU-nun rektoru, professor Nurlanə Əliyeva universitetin xatirə kitabına ürək sözlərini yazmışdır.   Orada deyilir: “Biz BSU-nun professor-müəllim heyəti Ulu öndər Heydər Əliyevə həsr olunmuş unikal bir muzeyi ziyarət etməklə böyük bir fəxarət duyğuları yaşadıq. Bir neçə gündən sonra Ulu öndərin anadan olmasının 94-cü ildönümü qeyd olunacaq. Bu böyük tarix ərəfəsində möhtərəm prezidentimizin ətrafında daha möhkəm birləşməyi özümüzə müəqddəs bir vəzifə bilirik”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024