Cəmiyyət (10-06-2017, 21:25)
Bakının bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu gün axşam saatlarına qədər paytaxtın Hənifə Ələsgərov küçəsində rənglənmə işləri aparılacaq. Sözügedən küçədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Mediatv.az Oxu.Az-a istinaden xeber verir ki bu barede “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfliyə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər isə rənglənmə işləri Qara Qarayev prospektinin Məhəmməd Hadi küçəsinə doğru olan istiqamətində, Atatürk prospektinin isə Naxçıvani küçəsinədək olan hissəsində aparılacaq.
Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və yaxud qismən məhdudlaşdırılacaq.
