Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-04-2017, 14:48)
İslamiada zamanı Bakı məktəblərində dərslər təxirə salınacaq?

İslamiada zamanı Bakı məktəblərində dərslər təxirə salınacaq?

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi mayın 12-dən başlayaraq Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxt məktəblərində dərs vaxtında hansısa dəyişikliklərin olub-olmayacağına münasibət bildirib.

Mediatv.az-ın Report-a istinadla xəbərinə görə, bununla bağlı idarənin müdiri Məhəbbət Vəliyeva deyib ki, Oyunların yüksək beynəlxalq tədbir olduğunu və əhəmiyyətini nəzərə alaraq orta məktəb şagirdlərinin, məktəblərin qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin üzərinə düşür.

O qeyd edib ki, bu işin təşkili və nəzarəti idarə tərəfindən həyata keçirilir:

“Belə olan hallarda tədris proqramlarının vaxtında yerinə yetirilməsi, başa çatdırılmasını əsas məqsəd kimi unutmuruq. Bu səbəbdən də tədris prosesinə mane olmadan bu tədbirdə Bakı məktəblərinin iştirakı təmin olunacaq.

Bunun üçün xüsusi təşkilati işlər görülür. Lakin Oyunların keçirildiyi müddətdə dərslərin müəyyən müddətə təxirə salınması ilə bağlı Təhsil Nazirliyi tərəfindən bu günə qədər bizə heç bir tapşırıq və ya göstəriş verilməyib. Əgər hər hansı göstəriş olarsa, o zaman məsələ tərəfimizdən icra olunacaq”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024