Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-06-2017, 23:29)
Gömrükçülər qanunsuz siqaret və mobil telefon aşkarladı

siqaret1

 

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Toyota Mark-2” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Mediatv.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yeri ilə arxa oturacağı arasında xüsusi düzəldilən gizli saxlanc yerindən, qapılarının örtüyünün altından və arxa oturacağının altından Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan ümumilikdə 48000 ədəd “Dubao” markalı siqaretlər aşkar edilib.

Bundan başqa Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin sağ və sol qapılarının altında xüsusi düzəldilmiş saxlanc yerindən aksesuarları ilə birlikdə üzərində “X-BO V3+” yazısı olan 34 ədəd mobil telefonlar, avtomobilin altından və sağ qanadının altından 20 ədəd mobil telefon qutusu, 20 ədəd qidalandırıcı başlıq, 20 ədəd qulaqcıq, 20 ədəd USB kabel, 20 ədəd batareya, 20 ədəd mobil telefon üzlüyü, salonundan isə 1 ədəd “Samsung Galaxy A3”, 2 ədəd “Samsung Galaxy J3” və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 8 min ədəd “Marlboro” markalı siqaretlər aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024