Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-03-2017, 18:14)
Vahid Mustafayevlə Mişahin Ağayevi İstipress-lə nə bağlayır?

1468923109_31490618153

2016-cı il iyulun 18-də fəaliyyəti dayandırılan ANS Müstəqil Yayım və Media Şirkətinin yenidən teleyayıma başlayacağı sual altındadır. Baxmayaraq ki, efirə qayıtmaq ümidiylə gözləyən ANS-çilər bu xəbərin sorağındadırlar.

Mediatv.az:   ANS əməkdaşları tədricən özlərinə yeni iş yerləri tapmaqdadırlar. Amma aralarında işsiz olanlar da var.

Bəzi ANS-çilər isə İstipress.com adlı saytın ətrafına toplaşıblar. Burada çalışanların hamısı əvvəlllər eyni kollektivin üzvü olmuş jurnalistlərdir.
Maraqlıdır İstipress.com-un kollektivi neçə nəfərdən ibarətdir? ANS-in keçmiş rəhbərliyinin İstipress.com-la əlaqəsi varmı, Vahid Mustafayev, Mişahin Ağayev bu redaksiyaya gəlib-gedirlərmi?
Modern.az-ın suallarını İstipress-in məsul redaktoru Tural Səftərov cavablandırıb:
“İstiPress.com 2016-cı il oktyabrın 2-də yaradılıb. Saytın təsisçisi və rəhbəri ANS Müstəqil Yayım və Media Şirkətinin keçmiş baş direktoru Sevda Həsənovadır. ANS TV komandasının bir çox üzvü burada birlikdə çalışır. Hazırda 13 nəfərlik heyətlə dünyada və Azərbaycanda baş verənləri internet üzərindən oxuculara çatdırırıq.
Saytı Sevda Həsənova təsis edib və bütün maddi-texniki məsələlərə şəxsən özü nəzarət edir. İşçilərimiz ANS TV-nin və ANSpress-in əməkdaşlarıdır. Amma ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbərliyi ilə əlaqəmiz yoxdur. Sadəcə olaraq, ANS-in dəsti-xəttini davam etdiririk. Bütün yazılarda və materiallarda ANS-in mövqeyini qoruyub saxlamağa çalışırıq”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024