Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-04-2017, 15:47)
“Quş qripi” xəstəliyinə görə növbəti monitorinqə start verildi

“Quş qripi” xəstəliyinə görə növbəti monitorinqə start verildi

 

 “Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir.

Mediatv.az:  Bu gündən, yəni martın 27-dən köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start verilmişdir. Monitorinq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis vəəməkdaşlarının iştirakı ilə aparılır.

 

Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərində həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

 

Ölkəərazisində köçəri və ev quşları arasında aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyət üçün açıqlanacaq.

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

 

 

 

 

Mətbuat katibi:  Yolçu (Xanvəli) Həsənov

шаблоны для dle 11.2

Xəbər lenti
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
10 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024
9 05 2024