Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-03-2017, 16:12)
Xarici ölkələrdə təhsil proqramına 188 milyon manat xərcləndi və yarımçıq saxlanıldı - SİYAHI

xaricdü

 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” çərçivəsində 3302 nəfər xaricdə təhsil alıb. 

Mediatv.az bunu Dövlət Neft Fonduna istinadən bildirir.

Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə 2008-2016-cı illər ərzində Fonu tərəfindən ümumilikdə 188,4 milyon manat  o cümlədən 2016-cı il üzrə 31 606,7 min manat məbləğində vəsait sərf olunub. Bu vəsait Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (15 471,9 min manat), təhsil haqqı (13 977,7 min manat), yol (860,6 min manat), sığorta (491,.0 min manat), digər (771,7 min manat), viza və qeydiyyat (33,8 min manat) xərclərinin ödənilməsinə yönəldilib.

Fondun məlumatına görə, Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1%), Türkiyə (22,1%), Almaniya (12,4%), Kanadanın (7,2%), Niderland (5,2%) və Rusiya (3,8%) universitetlərində təhsil alırlar.

Böyük Britaniyada 960 nəfər

Türkiyədə 731 nəfər

Almaniyada 409 nəfər

Kanadada  239 nəfər

Hollandiyada 173 nəfər

Rusiya 125 nəfər

İsveçrədə 104 nəfər

Fransada 101 nəfər

ABŞ-da 97 nəfər

İtaliyada 39 nəfər

Cənubi Koreyada 35 nəfər

İsveçdə 31 nəfər

İspaniyada 26 nəfər

Çexiyada 21 nəfər

Litvada 18 nəfər

Macarıstanda 13 nəfər

İrlandiyada 11 nəfər

Polşada 10 nəfər

Sinqapurda 10 nəfər və sair.

Hal-hazırda xarici ölkələrin universitetlərində Magistratura pilləsində təhsil alan tələbələrin əksər hissəsi iqtisadiyyat və idarəetmə (722 nəfər), sənaye (138 nəfər), hüquq ( 120 nəfər) informasiya və kommunikasiya texnologiyaları (118 nəfər) sahələrində təhsil alırlar.  Bakalavr pilləsində təhsil alanların əksəriyyəti magistratura pilləsində olduğu kimi əsasən iqtisadiyyat və idarəetmə (320 nəfər) sahəsində təhsil alır.

31 dekabr 2016-cı il tarixinə Dövlət proqramı çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş və məzun statusunu almış tələbələrin sayı 1404 nəfər təşkil edir. Bu tələbələrin 33 nəfəri 2-ci dərəcəli məzunlardı. Məzunların əksər hissəsi – 572 nəfəri Böyük Britaniya, 139 nəfəri Türkiyə, 132 nəfəri Almaniya, 83 nəfəri Rusiya, 71 nəfəri Fransada – təhsillərini uğurla bitirib.

Xatırladaq ki, sözügedən Dövlət Proqramına start verilərkən,  layihənin 5 min tələbəni əhatə edəcəyi göstərilirdi. Lakin ötən ilin əvvəlindən başlayaraq, xarici universitetlərə tələbə qəbulu dayandırılıb. Amma burada nəzərdə tutulduğu kimi 5000 deyil, cəmi 3302 nəfər əhatə olundu.  Dövlət proqramının müddətinin uzadılmasına isə hökumət lüzum görmür.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024