Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (25-02-2017, 20:38)
Adil Vəliyev sakinlərdə narazılıq yaradır - FOTOLAR

Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 14/2 ünvanında yerləşən binanın sakinləri fevralın 24-də rayonun icra hakimiyyətinin qarşısında aksiya keçiriblər. Sakinlər yaşadıqları binanın həyətində icra hakimiyyəti tərəfindən aparılan tikinti işlərindən narazıdırlar. Onlar bildiriblər ki, aparılan tikinti işlərinin nəticəsində yolları bağlanıb, uşaqlarının oynaması üçün həyətdə heç bir yer qalmayıb.

Problemi işıqlandırmaq üçün yuxarıda qeyd etdiyimiz ünvanda olub, sakinlərin narazılıqlarını dinlədik. 
Biz orada olduğumuz zaman binanın demək olar ki, bütün sakinləri tikinti aparılan yerin ətrafına toplaşıb, buna mane olmağa çalışırdılar.

Sakin Fəridə Əliyeva bildirdi ki, 1978-ci ildən Sülh küçəsi 14/2 ünvanında yerləşən binada yaşayır:

“Bu ərazidə 1987-ci ildə mərasim evi tikdilər. Bəzən burada hətta toy da edirdilər. Sonra isə baxımsızlıqda tikili dağıldı. İndi isə Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri binanın həyətini tamamilə dəmir hasara alıb, tikinti işləri aparırlar. Binanın qarşısı avtomobil yoludur və günün hər saatı buradan avtomobillər keçir. Sakinlər indi tikinti aparıldığı yerdə istirahət edirdilər, uşaqlarımız orada oynayırdılar. Eyni zamanda buradan keçib, uşaqları məktəbə aparırdıq. Hazırda isə hər tərəfi hasara alıblar və tərpənməyə yerimiz yoxdur. Deyirlər ki, burada mərasim evi tikiləcək. Bizə mərasim evi lazım deyil. Kiminsə də yaxını rəhmətə gedəndə, çadır kirayələyib, məclisini qurur. Bütün bu məsələlərlə bağlı Sabunçu rayon İcra hakimiyyətinin qarşısında aksiya keçirdik. Aksiyadan qayıdanda icra başçısı Adil Vəliyev qarşımıza çıxdı. Ona dərdimizi dedik. İcra başçısı bizə bildirdi ki, orada mərasim evi tikilir. Biz də bildirdik ki, bizə mərasim evi lazım deyil. Ora iki binanın həyətidir. Hər tərəf də maşın yoludur. Bu ərazidə park, uşaqların oynaması üçün yer olmalıdır. Bəs bu uşaqlar harada oynasınlar. İcra başçısı da bizə bildirdi ki, tikinti işləri dayandırılacaq və hasar dərhal söküləcək. Ancaq tikinti aparan şəxslər söylədilər ki, bizə işin dayandırılması ilə bağlı tapşırıq verilməyib. Ona görə də heç bir işi dayandırmırıq”.

Sakinlər bildirdilər ki, burada mərasim evini tikib, pullu formada başqalarına icarəyə verməyi düşünürlər. Buna görə də tikinti dayanmayana qədər mübarizələrindən çəkinməyəcəklər.

Sakin Zülfiyyə İbrahimova da bildirdi ki, ailəsində xəstə var və yolu hasarladıqları üçün xeyli əziyyət çəkirlər:
“Bacımın uşağı xəstədir. Bunlar da pilləkəni hasara alıblar. Bəs bu uşağı necə aşağı endirək? Binada ürək əməliyyatı keçirən, səhhətində problemi olan şəxslər var. Onlar həyətə düşüb hara getsinlər? Harada otursunlar? Binanın hər tərəfi yoldur. Bəyəm iki binanın heç olmasa bir həyəti olmalıdır, yoxsa yox?”

Sakinlər söylədilər ki, tikinti işləri dayanmasa yolu kəsib, qurulan hasarı söküb, aksiyalarına davam edəcəklər.
Məsələ ilə bağlı binanın Mənzil İstismar Sahəsinin müdiri Əlixan Məmmədovun da mövqeyini aldıq. Ə. Məmmədov “Yeni Müsavat”a bildirdi ki, sakinlərin istəkləri icra hakimiyyəti tərəfindən nəzərə alınacaq və onların istəklərinə uyğun şəkildə qərar veriləcək:

“Burada əvvəl bərbad şəkildə mərasim evi olub. İndi isə ərazidə 14/1 və 14/2 binalarının sakinləri üçün mərasim evinin tikilməsi nəzərdə tutulub. Burada yaşayan sakinlər üçün həmin mərasim evi pulsuz olacaqdı. Bunu da binanın sakinləri istəmirlər və iradlarını bildirirlər. Onların iradları nəzərə alınıb və icra başçısı tərəfindən müvafiq tapşırıq verilib ki, camaatın haqlı şikayətlərinə baxılsın. Artıq ərazidə tikinti işləri də dayandırılıb”.

Adil Vəliyev sakinlərdə narazılıq yaradır
Adil Vəliyev sakinlərdə narazılıq yaradır
Adil Vəliyev sakinlərdə narazılıq yaradır
Adil Vəliyev sakinlərdə narazılıq yaradır 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024