Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-02-2017, 15:13)
İran səfirliyi müxalifətlə görüş barədə bəyanat yaydı

580

Keçən həftə virtualaz.org saytında İranın Azərbaycandakı diplomatik missiyasının nümayəndəsi ilə ReAL hərəkatı rəhbərlərinin gizli danışıqları, həmçinin xarici dövlətin kəşfiyyat xidmətindən maliyyə köməyinin alınmasına şübhələr haqda məqalə dərc edilmişdi.
Mediatv.az:  Bunun ardınca Azərbaycanın Baş prokuroru həmin məqalədə elan edilmiş faktlarla əlaqədar hərtərəfli araşdırmanın aparılması barədə göstəriş verdi.
Bu gün isə İranın Azərbaycandakı səfirliyi bu görüş haqqında öz mövqeyini ifadə edərək bəyanatla çıxış edib.
APA-nın yaydığı bəyanatda deyilir: “Bəzi media qurumlarında İranla Azərbaycan arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq.

Bu dəfə İranın Bakıdakı səfirliyinin bir əməkdaşının olduqca aydın, həm də diplomatik fəaliyyətə uyğun olaraq keçirdiyi görüş heç bir əsas olmadan bəzi media vasitələrinin hədəfinə çevrilib. Maraqlıdır ki, həm bu görüşdən öncə, həm də ondan sonra Bakıda fəaliyyət göstərən müxtəlif səfirlik əməkdaşlarının bu kimi görüşləri heç bir zaman həmin media qurumlarının ən xırda reaksiyası ilə üzləşməyib. İran səfirliyi həyata keçmiş görüşün İran və Azərbaycan arasında dostluq münasibətlərinə zidd olmadığını, səfirliyə qarşı yazılmış ittiham və aldadıcı yalanların hüquqi araşdırılması üçün qanuni haqqa malik olduğunu bildirir.

Sonda bir daha qeyd edirik ki, İran və Azərbaycan arasında münasibət və əməkdaşlıq iki dost və qardaş ölkə olaraq hər iki ölkənin rəhbərlərinin iradəsi ilə daha da möhkəmlənir və bütün sahələrdə uğurla davam edir. Bu baxımdan, üçüncü qüvvələr bu sahədə heç bir əngəl yarada bilməzlər”.

шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2024
6 05 2024
6 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024