Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-01-2017, 14:35)
4 ayın əsgəri ön cəbhəyə göndərilə bilərmi? - Ekspertdən açıqlama

1485761364_911b9e25-8cff-4308-a67f-b0c3bb49335e

Dünəndən etibarən Azərbaycan ordusunun əsgəri Xanəli Fəttayevin Tovuz rayonunun Əlibəyli kəndində şəhid olmasıyla bağlı məlumatlar yayılıb. Bildirilir ki, oktyabr ayında hərbi xidmətə çağırılan X. Fəttayev yanvar ayının 29-da 06:00 radələrində düşmən gülləsinə tuş gələrək dünyasını dəyişib. Müdafiə Nazirliyi bu gün məlumat yayaraq xəbəri təkzib edib. Rəsmi açıqlamaya görə, Xanəli Fəttayev düşmən gülləsindən deyil, öz açdığı atəşdən ölüb.

Mediatv.az:  4 ayın əsgərinin ön cəbhəyə göndərilməsi isə hər bir halda müəyyən suallar yaradıb.
4 ay əvvəl hərbi xidmətə çağırılmış əsgərin ön cəbhəyə göndərilməsi doğrudurmu? Ümumiyyətlə ön cəbhəyə hansı hərbi qulluqçular və hansı müddətdən sonra göndərilə bilər?
BakiPost.az bu suallarla Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti, hərbi ekspert Üzeyir Cəfərova müraciət edib. Ekspertin sözlərinə görə, əsgərlər hərbi xidmətə yollandıqdan 6 ay sonra, döyüş hazırlığına tam yiyələndiyi zaman ön cəbhəyə göndərilə bilər: “Göstəriş var ki, gənc əsgərlər 2 ay Gəncə şəhərində təcrübə keçirlər. Hərbi hissəyə gətirilib orada müəyyən adaptasiya dövrü keçirlər. Onlar haradasa 6 aydan sonra rahat şəkildə postlara döyüş növbəsi çəkməyə çıxarılırlar. Bununla bağlı bildiyim qədər ciddi tələblər var. Tələblər yerinə yetirilməyəndə, ən sərt addımlar atılır. Bununla bağlı Müdafiə Nazirliyində müvafiq komissiya yaradılıb. O komissiya hazırda 4 ayın əsgəri olan Xanəli Fəttayevin ön posta qoyulmasını araşdırır. Amma istisnalar da var. Bəzən olur ki, çox savadlı hazırlıqlı, vətənpərvər bir əsgər olur və ön cəbhəyə getmək üçün komandanlığa müraciət edir. Əgər əsgərin hazırlıq səviyyəsi ən yüksək səviyyədədirsə, ola bilsin komandanlıq onun arzusunu və ya istəyini nəzərə alsın. Ona görə istisnalar mümkündür. Amma konkret olaraq şəhid əsgərimizlə bağlı məsələnin necə olması araşdırmadan sonra məlum olacaq”.

Ü.Cəfərovun sözlərinə görə, əsgərin ön cəbhəyə göndərilməsi məəsləsi tam araşdırılıb bitdikdən sonra nazirlik müəyyən ğlçülər götürəcək: “Əgər ciddi əsas olmadan belə bir qərar qəbul olunubsa, Müdafiə Nazirliyinin rəhbərliyi komandanlıqla bağlı müəyyən ölçülər götürəcək. Kimsə məsuliyyətə cəlb olunacaq, kimsə vəzifə səlahiyyətlərini aşdığına görə ən ciddi şəkildə qanun qarşısında cavabdehlik daşıyacaq. Hər şey araşdırmadan sonra müəyyən olunacaq”.

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024