Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-12-2016, 17:45)
Dövlət şirkətləri borc bataqlığında batır - SİYAHI

1480621789_8

Qeyri-büdcə təşkilatlarının 01.07.2016-ci il tarixinə görə,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Sosial Müdafiə Fonduna (DSMF) borcu 347 milyon manat təşkil edir.

Mediatv.az:   Gununsesi.info bu haqda Hesablama Palatasının rəyindən məlumat əldə edib. Məlumatda deyilir ki, qeyri-büdcə təşkilatlarının sosial sığorta ödənişlərindən yaranmış debutor borcu ilin əvvəl ilə müqayisədə 10 faiz artıb.

Qeyd edək ki, qeyri-büdcə təşkilatlarına özəl sektor ilə yanaşı dövlətin iri vergi ödəyiciləri də daxildir. Və həmin şirkətlərin bu bölmədə böyük paya sahib olduğunu deyə bilərik. Rəyə əsasən, dövləti iri sığortaedənlərdən ilin əvvəlinə nisbətən debitor borclarında azalma yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti üzrə müşahidə edilib. Digər iri şirkətlərin isə borclarında ilin əvvəlinə nisbətən artım olub. Təəssüf ki, əldə etdiyimiz hesabatda iri şirkətlərin borclarının tam həcmi deyil, yalnız artım hissəsi göstərilir. Belə ki,

-Azərbaycan Dövlət Neft Şirkətinin borcu üzrə 1,7 milyon manat və ya 3,3 dəfə,

– “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin borcu 281,4 min manat və ya 12,4%,

-“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 88,6 min manat və ya 5,7%,

-“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin 196,6 min manat və ya 45,5%,

-“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2,9 milyon manat və ya 10,1%  artım baş verib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024