Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-06-2016, 10:21)
Cahangir Hacıyevin arvadının Londona sığınmasının sirri

Cahangir Hacıyevin arvadının Londona sığınmasının sirri

Bu şəhəri oliqarxlar üçün vazkeçilməz edən səbəblər

 

Mediatv.az xəbər verir ki, Beynəlxalq Bankın keçmiş prezidenti, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londona sığınması gündəmdən düşmür. İki il öncə barəsində həbs-qətimkan tədbirinin seçilməsinə baxmayaraq, ölkəni tərk edən, axtarışda olan xanım oliqarxın digər imkanlı şəxslər kimi Londonu seçməsi bir sıra müzakirələrə səbəb olub.
 
Maraqlıdır ki, təkcə Azərbaycandan deyil, dünyanın əksər ölkələrinin varlı şəxsləri hər hansı bir hadisə ilə bağlı vətənlərini tərk edərkən üz tutduqları  yeganə şəhər London sayılır, yəni kapitallarını bura yatızdırırlar. 
Ekspertlər hesab edirlər ki, varlılar üçün ən təhlükəsiz şəhər İngiltərə paytaxtıdır. Müşahidələrimiz onu deməyə əsas verir ki, Londona pənah aparan imkanlı şəxslərdən kimsə indiyə qədər ölkələrinə təhvil verilməyib. Doğrudur, həmin oliqarxlardan bəzən geri ala bilmədikləri üçün öz ölkələri tərəfindən sui-qəsdlə öldürülənləri olub. Misal olaraq, Rusiyadan qaçaraq Böyük Britaniyadan sığınacaq alan Aleksandr Litvinenkonu göstərə bilərik. 
 
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bu faktların gündəmə gəlməsinin yeni olmadığını bildirdi: “Oliqarx kapitallarının Londona axını 1994-cü ildən başlayıb, bəlkə də ondan əvvəl də olub. Əsasən 1994-cü ildə neft kontraktı imzalanandan sonra bu proses sürətləndi. London dünyanın maliyyə paytaxtı sayılır. Kapitallar ora axır. Avtoritar ölkələrdən axın daha çox olur. Burada dövlət məmurları, siyasətçilər, biznesmenlər olurlar. Burada İngiltərənin öz maraqları var. Bir tərəfdən həmin ölkələrlə sıx əlaqələr qurur, digər tərəfdən də zamanı gələndə həmin ölkələrə təsirlərini edə bilir. Burada kapitalların həbsindən və digər məsələlərdən söhbət gedə bilər. Ölkələrlə İngiltərə arasında münasibətlər normal olanda bəzi iqtisadi və siyasi maraqlar nəzərə alınır. Burada çox ciddi maraqlar var. Amma kapitalların İngiltərəyə aparılması yeni deyil. Müxtəlif yollarla bu kapitallar daşınıb. Başqa ölkələrin mərkəzlərinə də kapitallar daşınır, amma daha çox bu proses Londondan başlayır. Çünki bir daha qeyd edirəm ki, bu şəhər maliyyə paytaxtıdır. Dünya siyasətində mühüm rol oynayır. Burada kapitallar bir növ sığortalanır. Amma nəzərə almaq lazımdır ki, kapitallar saxlanıla da bilər, həbs də qoyula bilər. Sadəcə, proseslərdən asılıdır. Avtoritar ölkələr, varlı şəxslər bu təhlükələri görsələr də, başqa yolları da yoxdur. Müəyyən məqama qədər London kapitalların təhlükəsizliyi baxımdan önəmli şəhər ola bilər. Amma bunun da sərhədi var. Mövqelər üst-üstə düşürsə, demək, kapitallar təhlükəsizdir. Əks təqdirdə, kapitallar təhlükə altına düşür”.
Musavat.com
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024