Cəmiyyət (13-06-2016, 21:29)
NAZİR BACISI OĞLUNA YÜKSƏK VƏZİFƏ VERDİ – İcra başçısının oğlu mayor da oldu
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu, vergilər naziri Fazil Məmmədovun bacısı oğlu Elnur İsgəndərova yeni vəzifə verilib.
Mediatv.az xəbər verir ki, Qaynarinfo.az-ın yaydığı məlumatda bildirilir ki, bununla bağlı Fazil Məmmədov əmr imzalayıb. Nazir bacısı oğlunu Bakı Vergilər Departamentinin rəisi Habil Məmmədova müavin təyin edib. Özü də icra başçısının oğluna vəzifə ilə yanaşı mayor və kiçik vergi müşaviri rütbələri verilib.
Qeyd edək ki, ötən ilin sonlarında Elnur İsgəndərovla bağlı mediada bəzi məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, Xaləddin İsgəndərov İcra Hakimiyyətinin binasının birinci mərtəbəsində bu quruma heç bir dəxli olmayan Elnur İsgəndərova lüks kabinet verib. Binəqədidə icra başçısından sonra ikinci şəxs məhz Elnur İsgəndərov hesab edilir.