Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (13-06-2016, 15:29)
Bir ildə 1 milyon 400 min manat - Ağdamda böyük yeyinti

Bir ildə 1 milyon 400 min manat - Ağdamda böyük yeyinti

 

Azərbaycanda ən kiçik idarənin müdirinin belə illik gəliri minimum 200-300 min manatdan yuxarı olur.

 

Mediatv.az:  Onların həyat səviyyəsinə baxdıqda bu açıqca görünməkdədir və 300-400 manat maaş alan idarə müdirləri mən dövlətin pulunu mənimsəmirəm deyərək “cidanı çuvalda” gizlədə bilməz. Hər şey özü-özündən aydındır. Aydırdır ki, “şah balası” kimi yaşayan hər bir dövlət məmuru, idarə müdiri bir yandan dövlətin müxtəlif sahələrin inkişafı üçün ayırdğı vəsaitləri mənimsəyir, bir yandan da onsuzda çətin durumda olan vətəndaşlardan çəkinmədən rüşvət tələb edərək onları amansızcasına istismar edirlər.

Qeyd edək ki, cəmiyyətimizin qara yarasına çevrilən bu neqativ hallara son qoyulması üçün ölkə prezidenti dəfələrlə çağırışlar edib, bir sıra məməurlar isə cəzalandırılıb. Lakin buna baxmayaraq irili-xırdalı məmurlar bir tərəfdən dövlətin, bir tərəfdən isə xalqın qanını sormaqda davam edirlər. 

Torpaqlarımızın ildən ilə şoranlaşmasına baxmayaraq melorasiya işlərinin aparılması, həmçinin kətd təsərrüfatının gkin suyu ilə təmin olunması üçün dövlət hər il Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə milyonlarla manat vəsait cəlb edir. Amma nə yazıq ki, dövlətin ayırdığı bu vəsaitlər torpaqlarımızın məhsuldarlığının artırılmasına və münbitləşməsinə deyil, ayrı-ayrı məmurların özlərinin və ailə üzvlərinin “şah balası” kimi yaşamasına sərf edilir. 

Əgər Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri, çox hörmətli Əhməd Əhmədzadə bizim yazdıqlarımıza inanmırsa, o zaman zəhmət çəkib əraziyə baxış keçirə bilər. O zaman Əhməd müəllim 100 faiz əmin olacaq ki, Hafiz Əzimzadə 1.032. 000 manat vəsaiti (bəlkə də min manat nasosların rənglənməsinə sərf edib), mənimsəyib. 

Adi bir misal, MilliYol.az-ın apardığı araşdırma zamanı məlum olub ki, ötən il, yəni 2015-ci ildə, Ağdam Suvarma Sistemləri İdarəsinə Ağdam rayonunda Atçılıq Zavodunun ərazisində qrunt sularının aşağı salınması üçün 386.280 (üçyüz səksən altı min iki yüz səksən), manat vəsait ayrılıb. Amma o vəsaitdən qara qəpikdə ərazidə qrunt sularının aşağı salınması üçün sərf edilməyib. İnanmayanlar gedib yoxlaya və soraqlaşa bilərlər. Soraqlaşanlar məlum olacanq ki,ötən il Atçılıq Zavodunun ərazisində hər hansı bir melorativ işlər birmnalı olaraq aparlmayıb. Sadəcə mlarə müdiri Hafiz Əzimzadə ayrılan vəsaiti sənədləşdirərək nəqdləşdirb və bundan sonra 386.280 manat vəsaitin tayleyini Hafiz Əzimzadə və Allah bilir. Hər halda ayrılan vəsaitin hamısının mənimsənilməsi faktı Ağdamda məsələdənə xəbərdar olan heç kimdə şübhə doğurmur.

Ancaq bu hələ hamısı deyil. Meliorasiya və Su Təsərrüfatı ASC-dən Ağdam Suvarma Sistemləri İdarəsinə 2015-ci ildə həmçinin Ağdam rayon Ərgi Massivinin əkin suları ilə təmin olunmasının yaxşılaşdırılması üçün 1.032. 000 (bir milyon otuz iki min), manat vəsait ayırıb. Atçılıq Zavodunun ərazisində qrunt sularının aşağı salınması Hafiz Əzimzadə üçün əhəmiyyətsiz olduğu kimi, yenə də, Ərgi Massivinin əkin suları ilə təmin olunmasının yaxşılaşdırılması da, Ağdam Suvarma Sistemləri İdarəsinin müdirinin vecinə olmayıb. Və idarə müdiri yenə də ayrılan vəsaitin demək olar ki, hamısını mənimsəyib. Gördüyü işə isə bir neçə su nasosunu rəngləmək olub.

Əgər Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri, çox hörmətli Əhməd Əhmədzadə bizim yazdıqlarımıza inanmırsa, o zaman zəhmət çəkib əraziyə baxış keçirə bilər. O zaman Əhməd müəllim 100 faiz əmin olacaq ki, Hafiz Əzimzadə Ərgi Massivinin əkin suları ilə təmin olunmasının yaxşılaşdırılması üçün ayrılan 1.032. 000 manat vəsaiti (bəlkə də min manat nasosların rənglənməsinə sərf edib), mənimsəyib. 

Bizdən bu qədər. Əgər doğurdan da Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə dövlətin pullarının hara sərf olunduğunu öyrənmək istəyirsə, onda Hafiz Əzimzadədən hesab sormalıdır. Amma kabinetində deyil, ərazidə. Və yaxşı olar ki, cənab Əhmədzadə işçisinin sahib olduğu mal və sərvətlə də maraqlansın. Onda hər şey özü özünə ortyay çıxacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024