Cəmiyyət (12-06-2016, 23:16)
Azərbaycanlı milyarderin köməkçisinin ''Gelandewagen''li oğlu azadlıqda
O, azadlığa çıxsa belə hakimiyyət nümayəndələrini təhqir etdiyinə görə cinayət işi ilə üzləşə bilər.
Mediatv.az xəbər verir ki, Azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbəri olduğu "Lukoil" şirkətinin vitse-prezidenti Azat Şamsuarovun Moskvada polislə yarışa çıxan oğlu azadlığa buraxılıb.
ANS PRESS-in məlumatıa görə, xüsusi istintaq təcridxanasında 15 gün saxlandıqdan sonra Ruslan Şamsuarov azadlığa çıxıb. Lakin o, azadlığa çıxsa belə, hakimiyyət nümayəndələrini təhqir etdiyinə görə cinayət işi ilə üzləşə bilər.
Ruslan Şamsuarov ilə yanaşı "Mercedes Gelandewagen"in sürcüsü Abduvahob Məcidov da azadlığa buraxılıb.
Mayın 26-da içərisində Ruslan Şamsuarovun və onun dostlarının olduğu maşın Rusiyanın paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. "Mercedes Gelandewagen" polislərlə küçələrdə "ölüm yarışına" çıxıb. Polis maşınları onların içində olduğu nömrəsiz bahalı maşını qovub.
Hadisə barədə məlumat video "Youtube” kanalına qoyulandan sonra yayılıb. İlk həbs olunan isə 22 yaşlı Abduvaxob Məcidov olub. Daha sonra Moskva polisi "Lukoil" şirkətinin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan Şamsuarovu və erməni qızı Mara Baqdasaryanı həbs edib. Moskvanın Qaqarin rayon məhkəməsi "Mercedes Gelandewagen"i idarə edən Məcidova 15 gün, Maraya isə 10 sutka həbs cəzası verib.
Moskvanın Qaqarin məhkəməsində Ruslan Şamsuarov barəsində açılan cinayət işinə isə xitam verilib.
Vəkil onun barəsində cinayət işinin bağlanmasına səbəb kimi müttəhimin astma xəstəliyindən əziyyət çəkməsini göstərib. Şamsuarov məhkəmə zamanı hakimin heç bir ittihamını qəbul etməyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024