Cəmiyyət / Karusel (26-08-2015, 14:13)
Etibarnamə ilə maşın sürənlərə şad xəbər
Son illər yalnız sürmək üçün etibarnaməsi olan şəxsin özü avtomobildə olmaqla həmin avtomobili sürmək üçün başqasına verə bilməsinə dair məsələ dəfələrlə müzakirə edilib
Hüquqşünas Ərşad Hüseynov qanunvericiliyə istinadən qeyd edirdi ki, avtomobili yalnız idarə etmək səlahiyyətini ehtiva edən etibarnamə ilə əldə etmiş şəxsin özü həmin avtomobildə olmaqla bu avtomobili müvafiq sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən başqa şəxsin idarə etməsi tam olaraq yol hərəkəti qaydalarına uyğundur və heç bir hüquqi məsuliyyət yarada bilməz.
Hüquqşunas bununla bağlı ölkəmizdə formalaşmış yanlış təcrübənin, yəni belə halda avtomobili idarə edən şəxsin İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsinin aradan qaldırılmasının da vacibliyini vurğulayırdı.
Saytın oxucularından biri olan Təbriz Yusubovun bizə təqdim etdiyi rəsmi sənədə diqqət etdikdə bu mövzuda hüquqi polemikaya son qoyulduğu qənaətinə gəlmək olar. Təbriz bəyin sorğusuna əsasən DİN Baş Dövlət Yol Polisi İdarəsindən verilmiş cavabda birmənalı olaraq göstərilir ki, yalnız sürmək üçün etibarnaməsi olan şəxsin özü avtomobildə olmaqla həmin avtomobili digər sürücünün idarə etməsi İXM-in 152.1-ci maddəsi üzrə məsuliyyətə səbəb ola bilməz.
Bununla belə, hüquqşünas Ərşad Hüseynov avtomobilinin ümumi (KASKO) sığortası olan şəxslərin nəzərinə çatdırır ki, bu qaydada öz avtomobillərini başqa şəxsin idarə etməsinə verərkən problem yarana bilər. Çünki avtomobili müvəqqəti də olsa başqasının idarə etməsinə vermə ümumi sığorta müqaviləsinin şərtlərini pozmaqla müvafiq sığorta hadisəsi baş verdikdə sığortaçının sığorta ödənişindən imtina etməsinə gətirib çıxara bilər.
Lakin avtomobili bu qaydada başqa sürücüyə vermə mülki məsuliyyətin icbari sığortası ilə bağlı hər hansı problem yarada bilməz, çünki belə qaydada avtomobilin idarə edilməsinin başqasına verilməsi qanunazidd deyil.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024