Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-06-2015, 20:36)
Təhsil Nazirliyindən erməni nazirə cavab: “...sui-istifadə hallarına yol verilir”

 

“Azərbaycan Respublikası son illər ərzində çox sayda nüfuzlu beynəlxalq və regional xarakterli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və bu tədbirlər çərçivəsində hər hansı ölkənin iştirakçılarına münasibətdə ayrı-seçkilik nümayiş olunmayıb”

 

Təhsil Nazirliyindən modern.az-a verilən məlumata görə mövcud təcrübə deməyə əsas verir ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə vətəndaşlığından asılı olmayaraq, bütün iştirakçıların təhlükəsizliyinin təmin olunması üçün lazımı tədbirlər görülür.
 “Məhz bu səbəbdən Ermənistan elm və təhsil nazirinin ölkəsini təmsil edən idmançıların Bakıda keçirilən Birinci Avropa Oyunlarındatam təhlükəsiz şəraitdə iştirak etdiyi dövrdə bəyanat verməsi isə təəccüb və təəssüf doğurur”.
Məlumatda bildirilir ki, məlum olduğu kimi, 47-ci dəfə keçirilən Beynəlxalq Kimya Olimpiadasının reqlamentində iştirakçı ölkələr üçün xüsusi təhlükəsizlik zəmanətinin təmin olunması nəzərdə tutulmayıb. Bu qayda cari ilin 20-29 iyul tarixlərində Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Bakıda baş tutacaq Beynəlxalq Kimya Olimpiadasına da aiddir.
“Hər bir beynəlxalq yarışda iştirak və ya iştirakdan imtina istənilən ölkənin öz seçim hüququdur. Birinci dəfə deyil ki, müxtəlif yarışlarda iştirak məsələsi ətrafında Ermənistanın rəsmi dairələri tərəfindən sui-istifadə hallarına yol verilir. Məktəblilərin iştirak etdiyi bu yarışı siyasiləşdirmək cəhdidə təəssüf hissi doğurur. Azərbaycan tərəfi 47-ci Beynəlxalq Kimya Olimpiadasının keçirilməsinə dair üzərinə düşən bütün öhdəlikləri tam həcmdə yerinə yetirir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024