Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-05-2015, 15:57)
Rayondan gələnlər şəhərə maşınla daxil ola bilməyəcək

Rayondan gələnlər şəhərə maşınla daxil ola bilməyəcək

 

İyunun ayının 1-dən rayon qeydiyyatında olan avtomobillərlə Bakı şəhərində taksi fəaliyyətinə icazə verilməyəcək. 

 

Məlumata görə, bu sözləri nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında deyib. "İyunun 1-dən qeyri-qanuni taksi fəaliyyətində istifadə olunan, rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə daxil olması qadağan olunacaq"-deyən, nazir müavininin sözlərinə görə, bundan başqa, rayonlardan şəxsi işləri üçün paytaxtda gələnlərin də avtomobilləri Bakıya buraxılmayacaq. 

O, deyib ki, Bakı şəhərinə öz işləri ilə məşğul olmağa gələnlər üçün şəhərin ətrafında, həm şimal, həm də qərb hissəsində xüsusi mühafizə olunan dayanacaqlar nəzərdə tutulub. "Onlar bu dayanacaqlarda nəqliyyat vasitələrini saxlaya bilərlər. Belə şəxslərin şəhərin mərkəzinə, metro dayanacaqlarına gəlmələri üçün avtobuslar təşkil olunacaq”, - deyə M. Pənahov vurğulayıb. 

Nazir müavini sözlərinə əlavə edib ki, bu qərar I Avropa Oyunları ilə əlaqədar şəhərdə nəqliyyatla bağlı problemlərin olmaması məsədilə qəbul edilib. “Bu qərar şəhərin mərkəzi hissəsində nəqliyyat axınının azalmasına yönəldilib. Bu qərar Avropa Oyunlari ilə əlaqədar qəbul edilib və müvəqqəti xarakter daşıyır. Çünki, kifayət qədər böyük tədbir olduğunu nəzərə alaraq sərnişin axınının tənzimlənməsi, eyni zamanda idmançıların və onlara bərabər şəxslərin oyunların keçiriləcəyi yerlərə vaxtında çatdırılmasına şərait yaratmağa yönəldilib”-deyə, M. Pənahov daha sonra qeyd edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024