Cəmiyyət (12-04-2015, 14:01)
“Amin” sözünün mənası
Hər duanın sonunda “Amin” demək bir şərtdir. Qəbul olsun, arzun yerinə yetsin, olsun mənasını daşıyır. Bu sözün qədim yəhudi dilində “El meleh neeman” (Allah doğruculdur və ya doğru deyir) ifadəsindəki sözlərin baş hərflərindən təşkil edildiyi ehtimal olunur. Bibliyada bu söz bir neçə dəfə işlədilib. Ərəb dilinə də bu söz yəhudi dilindən keçib.
Adətən, dua zamanı dua edənin özü və onu eşidənlər “Amin” söyləyirlər. Əhli-sünnə məzhəbinə görə, namazda Fatihə surəsinin oxunuşundan sonra "Amin" söyləmək sünnətdir. Cəfəri məzhəbində isə bu, nəinki bəyənilmir, hətta namazı batil edir.
“Mediatv.az”ın ans press-ə istinadən məlimatına görə, bu gün dillərdə əzbər olan "Amin" sözünün etimologiyasını açıqlayacaq.
“Amin” sözünün etimologiyası qədim Misir tanrısı Amonun adı ilə bağlıdır. Amon və yaxud Amen, Amoun, Ammen, Amoun kimi adı gedən tanrı günəş tanrısı sayılır. Həmçinin Misir tarixində ilk tanrı kimi qəbul edilir. Bibliya və Qurandan az çox başı çıxan biriləri də bilir ki, bu kitabların kökü gedib Misirə çıxır. Hətta Musa peyğəmbərin Misir fironu ilə söhbətlər və s.
Bundan əlavə bugün mövcud olan hər 3 ilahi dində günəşin tanrılaşması ilə bağlı simvollar və dəlillərə kifayət qədər çox rast gəlinir. Əgər “Zeigeist” filminin birinci hissəsinə baxan olubsa, orada İsa peyğəmbəri necə günəş simvolu kimi təqdim olunduğunu açıq aydın sübut edirlər.
Xristianların bibliyasında adı çəkilən “amin”lər İsa peyğəmbərlə bağlıdır. Halbuki Yəhudilərin Tövratında, özü də ilkin variant sayılan ibrani dilində olan kitabda isə Amin "yaradılışın başlanğıcı" və "hər şeyin şahidcisi" kimi təqdim olunur. “Tanrı Amin” sözü bir neçə yerdə işlədilir. Talmutda Amin sözü – “güvənilən tanrı” kimi qələmə verilir.
Beynəlmiləl dil sayılan latın dilində “amin” sözü “amen” kimi gedir. Həmçinin bir çox dillərdə “amin” sözü “amen” kimi yazılır və səslənir.
Ərəbcədən “Amin” sözü 3 hərifli (elif-mim-nun) “amana” sözündən formalaşıb, ibarni köklərə gedib çıxır və eyni mənanı daşıyır. İslamda “amin” sözü dua edəndən sonra səslənir və Quranda heç bir yerdə işlədilməyib. Ancaq “əlif lam mim” və “əlif lam ra” ilə başlayan ayələrin hamısı qədim yəhudi hekayələri ilə bağlıdır. Əlif Lam Mim (Bəqərə, Əl-i İmran, Ankebut, Rum, Loöman, Səcdə); Əlif Lam Ra (Yunus, Hud, Yusif, İbrahim, Hicr).
Gördüyünüz bu surələrdə İncildən-Tövratdan, Musadan, İbrahimdən, Firondan və s. daha çox danışılır. Həmçinin ərəb dilinin özündə də Ra hərifi – günəş mənasını verir. Amen Ra isə "Günəş allahı" sayılır.
Digər iki dində Günəş simvollarına daha çox rast gəlinsə də, İslamda daha çox Ay simvollarına rast gəlinir. Ərəblərin tanrılarından biri sayılan və Məhəmməd peyğəmbərin də (s.ə.s) qəbul etdiyi Əl-İlah da (sonradan dəyişilərək Əl-Lah > Al-Lah > Allah kimi deyilməsi) Ay tanrısı sayılır. Bəlkə bu üzdən Məhəmməd peyğəmbər (s.ə.s) Quranda Günəş tanrısı olan “amin”dən söhbət etmir, amma Ay tanrısı sayılan “əl-ilah”dan daha çox danışır?
Həmçinin yəhudilik və xristianlıqda da “Amin” sözü eyni mənani daşıyır və dua zamanı çox istifadə edilir.
İslamda “Amin” sözünə Quranda rast gəlinmir. Amma Fatihə surəsindən sonra çox vaxt deyilir. İslamda “Amin” sözünə ancaq hədislərdə rast gəlinir və əsasən sünnilər “amin”dən çox istifadə edir. “Qoy belə olsun” mənasından deyilsə də, əsl mənası “tanrı, günahlarımızı bağışla” mənasıni verir və etimologiyaya əsasən bu tanrının Amen Ra olduğunu görmüş olarıq.