Cəmiyyət (11-04-2015, 13:16)
Mübariz Qurbanlı: “Dindən alət kimi istifadə edirlər”
Mübariz Qurbanlı bildirib ki, dini qrupların bütün bu gedişlərindən xəbərdar olduğunu deyib
“Radikal qruplar dindən sadəcə, alət kimi istifadə edirlər. Öz mövcudluqlarını, guya ki, müəyyən nüfuza malik olduqlarını göstərmək istəyirlər. Ona görə də insanlar arasında münasibətlərin kəskinləşməsində, ictimai asayişin pozulmasında maraqlı olurlar ki, məkrli planlarını həyata keçirsinlər. Yəni, bu, bir növ taktiki gedişdir”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, bu dini qrupların bütün bu gedişlərindən xəbərimiz var və müvafiq olaraq həmin radikal dini qrupların fəaliyyətinin məhdudlaşdırılması, aradan qaldırılması üçün çox böyük işlər aparılıb:
“Artıq bu yöndə Azərbaycanın hüquq-mühafizə orqanlarının, eləcə də ideoloji qurumların apardığı işlər öz mühüm nəticələrini verir. Biz ölkəmizdə həmin qrupları tam aradan qaldırana qədər bu işləri davam etdirəcəyik. Radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərirlər. Təbii ki, bu, yolverilməzdir. Ona görə də onların məkrli məqsədlərini reallaşdırmaq üçün qeyri-sağlam iqtisadi yollarla əldə etdikləri gəlirlərin qarşısı alınır və bundan sonra da alınacaq”.
Komitə sədri qeyd edib ki, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi və digər dövlət qurumları müvafiq işlər aparırlar ki, kimlərsə qeyri-qanuni yolla Azərbaycana vəsait gətirərək onları burada konstitusion sistemin əleyhinə yönəldə bilməsin: “Bu cür vəsaitlərin Azərbaycana qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən qurumlar tərəfindən gətirilməsinin qarşısının alınması üçün də artıq qanunvericilikdə müvafiq dəyişikliklər edilib”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024