Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-04-2015, 13:16)
Teleməkan “palatka toyu”na çevrilib

Xeyli insan yerli kanallara baxmaqdan imtina edib; tənqidçilər vəziyyətin son illər daha da pisləşdiyini deyirlər

 

Son vaxtlar telekanallar ailədaxili və şəxsi münasibətlərdən bəhs edən, bayağı müğənnilərin iştirakı ilə təşkil olunan şou-verilişlərlə üstünlük verir.
Bu verilişlərin aparıcıları da bayağı davranışlar sərgiləyir və faktiki olaraq teleməkan “palatka toyu” təsiri bağışlayır. 
Nöqsanlı hallar, aparıcıların qeyri-peşəkar davranışı cəmiyyət tərəfindən narazılıqla qarşılanır. Hətta bu tip verilişlərə görə Azərbaycan kanallarından imtina edən insanlara da rast gəlmək mümkündür. Artıq neçə illərdir efirin bu tip verilişlərlə doldurulmaması haqda müzakirələr aparılıb tənqidlər edilsə də müsbət bir nəticəsi olmayıb. Əksinə, efirdə bayağı mövzulu verilişlərin sayı çoxalıb. Bəs bunun səbəbi nədir?
Jurnalist, teletənqidçi Qulu Məhərrəmli bu gün televiziyaların əsas tamaşaçı kütləsinin evdar qadınlar və savadsız insanlar olduğunu dedi: “Azərbaycan teleməkanının ümumi səviyyəsi son 5-6 ildə tamamilə aşağı düşüb. Mövzu dairəsi tam məhdudlaşıb, peşəkarlıq həddindən artıq aşağıdır. Bəsit və məişət səviyyəsində düşüncə özünə geniş yer alıb. Hesab edirəm ki, televiziyalar elə mövzular var ki, onlara toxunmağa ya ehtiyat edir, ya da ki, qorxurlar. İctimai problemlər müzakirə edilmir. Mən siyasi məsələləri bir yana qoyuram. Millətin taleyi, tarixi, dili, mədəniyyəti, ictimai düşüncə, milli mənəvi problemlərlə bağlı diskussiyalar yoxdur. Maarifçi verilişlər demək olar ki, yoxdur. Televiziyaçılar bunu onunla əsaslandırırlar ki, həmin verilişlər reytinq gətirmir. Özəl televiziyaları haradasa anlamaq olar. Amma büdcədən maliyyə alan kanallarımız var. İş orasındadır ki, həmin kanallar da bu cür müzakirələr təşkil etmirlər. 
Onlar məişət zəminində olan bəsit verilişlərə alternativ yarada bilmirlər. Nəticədə televiziyalar tamaşaçı auditoriyasının xeyli hissəsini itirir. Bizim televiziyaların bu dəqiqə ən aktiv tamaşaçı auditoriyası evdar qadınlar və təhsilsiz insanlardır. Onlar aşağı səviyyəli, bayağı verilişlərə hind filmi kimi baxır və bundan zövq alırlar. Bu çox ciddi bir məsələdir ki, televiziya ictimai missiyasını bu gün yerinə yetirə bilmir. Bu da peşəkarlığın aşağı səviyyədə olması ilə bağlıdır. Bu tip verilişlər xarici ölkələrdəki kanallarda da var. Amma onların sayı Türkiyədəki ümumi ictimai düşüncəni gündəmə gətirən kanallarla müqayisədə çox azdır və bu verilişlərin tamaşaçıları da yüksək deyil. Bizdə isə kanalların əksəriyyəti bu cür şou verir. Kanalın öz siyasətini bunun üzərində qurması yolverilməzdir. Biz elə geosiyasi coğrafiyada yaşayırıq ki, bizim tamaşaçımız şüurlu, düşüncəli olmalı, dünyada gedən prosesləri bilməli, xəbərdar olmalıdır. Ona görə də hesab edirəm ki, televiziyalar bu baxımdan öz missiyasını yerinə yetirə bilmir”.
Televiziyalarda artıq xəbərlərin də şoulaşdırıldığını deyən tənqidçi xəbər aparıcısının ciddiliyinin qorunmasının vacib şərt olduğunu bildirdi: “İnfo teymend” deyilən bir tərz var. Yəni xəbərin müəyyən dərəcədə şoulaşdırılması. Bəlli bir dərəcədə buna yol vermək mümkündür. Amma bütövlükdə xəbəri bunun üzərində qurmaq olmaz. Geyimlə bağlı isə dünyada qəbul olunmuş bəlli bir standart var ki, xəbər aparıcısının geyimi, davranışı və danışığı ciddi olmalıdır. Xəbər aparıcısı xəbər proqramının siması hesab edildiyi üçün onun ciddi fonu mütləq gözlənilməlidir. Bəzən xəbər aparıcıları sərbəst olmağa, xəbərə jest və mimikaları ilə münasibət bildirərək danışmağa çalışır. Amma bu çox şit çıxır.  Xəbərə maraq yaratmağın ən yaxşı yolu yaxşı və tamaşaçı üçün vacib olan xəbərlər verməkdir. İndi televiziya tamaşaçısı çox həssasdır. O, süniliyi dərhal sezir. Hər şey səviyyə və peşəkarlıqla bağlıdır".
Televiziya mütəxəssisi Zeynal Məmmədli isə dedi: “Xəbər aparıcısının xəbərin özündən, olaylardan diqqətini yayındıracaq hər hansı bir özəlliyi qeyri-peşəkar davranışdır. Xəbər aparıcısı ilə şou proqram aparıcısı fərqlənməlidir. Televiziyada gedən proseslər əslində gözlənilən bir olaydır. Yəni televiziya bütövlükdə ucuz formada  əyləncələşir. Əyləncənin bahalı, ağıllı növləri də var ki, ondan vasitə kimi istifadə edilir. Amma son məqsəd məlumatlandırmaq, heyrətləndirmək, xəbər verməkdir. Amma Azərbaycanda təəssüf ki, əyləndirmək yavaş-yavaş bizim xəbər proqramlarının da vasitəsinə yox, məqsədinə çevrilib”.
Televiziyada “palatka” tipində, ailə daxili, şəxsi münasibətlərə həsr olunan verilişlərə gəlincə, mütəxəssis bunun cəmiyyətlə bağlı olan bir məsələ olduğunu dedi: “Bütün bunlar söz və mətbuat azadlığının, cəmiyyətin səviyyəsi ilə bağlı olan məsələlərdir. Televiziyaçı düşünür ki, necə xəbərlər təqdim edim ki, heç kimlə münasibətim korlanmasın, cəzalanmayım və sairə. Burada önəmli bir detal da tamaşaçılardır. Tamaşaçılardan niyə Milli Teleradio Şurasına kütləvi yazılı, şifahi müraciətlər gəlmir? Bu qurum bundan ötrüdür ki, tamaşaçı şikayətlərinə baxsın. Biz nəticədən danışırıq, amma daha çox səbəbləri müzakirə etməliyik”. 
Keçmiş telejurnalist İlhamiyyə Rza bir sıra verilişlərin insanlarda qıcıq yaratdığını dedi:“İnsanın təbiətində hər zaman başqalarının həyatına maraq olub. İnsanların bu marağını nəzərə alaraq reytinq toplamaq üçün ailədaxili və şəxsi münasibətlərə həsr olunan verilişlər, şoular yaradırlar. Onların əksəriyyəti xeyriyyəçi və mərhəmət şouları kimi təqdim olunur. Verilişin gedişatında da görürsən ki, kimlərinsə hansısa problemləri həll olunur. Bu da fraqmental həll olunur. Çünki eyni problemdən əziyyət çəkən digər insanlar kənardan baxa-baxa qalır. Hesab edirəm ki, cəmiyyətdə problemləri verilişlər həll etməməlidir. Müzakirəyə çıxarılan məsələlərin əksəriyyəti hüquqi problemlərdir. Onların da hamısı bəlli bir dövlət müəssisələrinin işləməməsi, öz işini kifayət qədər yaxşı yerinə yetirməməsi ucbatındandır. Təbii ki, verilişin də əsas məqsədi burada şou etməkdir. 
Bu tip verilişlərə jurnalist ekspertləri də toplayır. Amma ekspertlərin özləri də insanların taleyinə çox naşı yanaşır, onları qınayırlar. Bu tip verilişlər əksəriyyət tamaşaçı da qıcıq yaradır. Bunu ətrafımda olan insanlardan bilirəm. Bu məsələni müzakirə edəndə əsas arqument kimi bu tip verilişlərin reytinq qazandığını göstərirlər. Mənim ətrafımda kifayət qədər insanlar var ki, onlar bu tip verilişləri bəyənmir və baxmır. 
Bu tip verilişlərin səmimiyyətinə inanmıram. Onlar çox adama kömək edirlər. Amma televiziyanın məqsədi bu deyil. Aparıcılara gəlincə isə indi həvəskar aparıcılar çoxdur. Xəbər aparıcısı öz saçı, makiyajı və ya gözəlliyi ilə diqqəti xəbərdən yayındırmamalıdır. Bu xəbər aparıcılığının əlifbasıdır. Sovet dönəmində hansı diktorun xəbəri oxumağından asılı olaraq biz bilirdik ki, bu xəbərə inanmaq olar ya yox. Çünki bilirdik ki, filan diktor ömründə yalan deməz. O hökumət, dövlətlə üz-üzə gələr, başı ağrıyar, işdən qovular amma yalan xəbəri deməz. Amma indi kukla kimi çıxıb xəbəri oxuyurlar. Bizdə xəbərlər də düzgün olmur. Aparıcının özü verdiyi xəbərin dürüstlüyünə inanmır, bilir ki, yalan xəbərdir. Məndən inciməsinlər. Amma hər şeyin bir tərzi, əlifbası var”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024