Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (6-03-2015, 14:53)
Kişilərə 8 mart bayramı neçəyə başa gəlir?

“Mart gəldi, dərd gəldi”, fikirini yəqin ilk dəfə kişilər dilə gətirib

 

Bəlkə də bu ay bayramların çoxluğu, xüsusilə 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə alınan hədiyyələrə xərclənən vəsaitlər bu deyimi bir daha aktual edir. Qadınların sevimli bayramına artıq 2 gün qalıb. Bu günlər ərəfəsində gül dükanlarının, ətriyyat, kosmetika, qab-qacaq, məişət avadanlığı, suvenir mağazalarının müştərilərinin sayı artır, alış-verişdə fəallıq müşahidə olunur. 1911-ci ildən ABŞ-da və bir sıra Avropa ölkələrində,1966-cı ildən isə keçmiş sovet məkanında, eləcə də Azərbaycanda qeyd edilən qadınlar günü, nədənsə xaımlar həmişə yaxınlarından hədiyyə gözləyir. Bəs görəsən, bu bayram əks cinsin nümayəndələrinə neçəyə başa gəlir? Bu məqsədlə müxtəlif sektorda çalışan bəylərimizə üz tutub, sualımızı onlara ünvanladıq. İctimaiyyətlə əlaqələr üzrə sahədə çalışan Elçin Abdullayev üçün 8 mart bayramı həqiqətən də onu çətin vəziyyətdə qoyub. Onun sözlərinə görə, bazar qiymətləri elə həddə çatıb ki, bir neçə gün əvvəldən 8 mart bayramının dərdi onu alıb:
 “Böyük ehtimalla, bu səbəbdən 8 mart bayramında evdəkiləri hədiyyəsiz qoyacam.”
 
Psixoloq Elnur Ağayev isə deyir ki, bu bayramda 100 manat xərci çıxacaq: “Anama və həyat yoldaşıma hərəsinə 40 manatlıq hədiyyə, qızıma da 20 manata bir paltar almağı düşünürəm: “Yoldaşıma ətir, anama isə süfrə dəsti alacam.”
Rejissor Kamal Almuradlı isə tədarükünü çoxdan gördüyünü deyir: “Artıq hədiyyələri almışam. Qiyməti isə mənim üçün önəmli deyil. Əsas odur uyğun və fərqli hədiyyə olsun. Təxminən 500 manat xərcim çıxıb.”
 
Operator Azad Əzizov bu ilki qadınlar bayramının ona az məbləğə başa gələcəyini deyir: “Büdcəm bu il kasaddır. Təxminən 20 manat xərcləməyi düşünürəm.”
Politoloq Bəhruz Salmanov isə 8 Mart bayramını qeyd etmədiklərini, bu səbəbdən də hədiyyə almayacağını bildirir.
 
İlahiyyatçı Əkrəm Həsənov ailəsində olan xanımlara hədiyyə almaqda çətinlik çəkir: “Sözün açığı 200 manata yaxın pul çıxır, çünki hədiyyəni tək həyat yoldaşıma deyil, anama, bibilərimə, xalalarıma da almağa çalışıram. Utana-utana gücüm çatdığım hədiyyələr alıram. Çünki onlar daha böyük hədiyyəyə layiqdirlər.”
 
Jurnalist Anar Kəlbiyev isə vurğuladı ki, qadınlara tək 8 martda deyil, hər zaman diqqət ayırmağa ehtiyac var: “Amma 8 mart Beynəlxalq Qadınlar günü ölkəmizdə də qeyd olunur. Haradasa 100-150 manat arası pulum çıxacağını düşünürəm. Yəqin ki, ətir, kitab və s. hədiyyələr alacağam.”
 
Tələbə Bahəddin Yolçuyev isə ailəsindən uzaqda olduğu üçün heç kimə hədiyyə almayacaq. Əvəzində isə xanım qohumlarına telefonla mesaj yazacaq ki, bu da ona 1 manata başa gələcək. 
 
Bank işçisi Arzu Qafarlının ailəsində 3 xanım var. Amma o ümumilikdə 14 nəfərə hədiyyə verməyi düşünür: “Qohumlar 6, yaxınlar isə 5 nəfərdir. Alacağım hədiyyələr standartdır. Fincan alacam ki, bu da mənə 50 manata başa gələcək.” 
Onu da deyək ki, zərif məxluqlara həsr olunan gün dünyanın bir çox ölkələrində müxtəlif vaxtlarda qeyd olunur. Əksər ölkələrdə analar günü kimi qeyd olunan bayram Avstraliya, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada mayın ikinci bazar gününə düşür. Hindistanda oktyabrın əvvəlində, İspaniya və Portuqaliyada dekabrın 8-də, Fransa və İsveçdə isə mayın sonuncu bazar günü qeyd olunur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024