Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-02-2015, 14:48)
“Bakıda toyları mafiya idarə edir...” - Fazil Mustafa

“İnsanları başa salmaq olmur ki, niyə qəbir daşına 3 min manat verirsən? Gedib baxsınlar ki, Kral Abdulla necə dəfn olundu. Pulunuz Kraldan artıqdır?”

 

Mediatv.AZ xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. 
Millət vəkili son zamanlar yas və toy mərasimlərinin yenidən təmtəraqla keçirilməsinə münasibət bildirərək qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yas mərasimlərinin sadə qaydada keçirilməsi üçün əldindən gələni edib, amma insanlar heç bir tövsiyyələrə əməl etmirlər:
“Mübariz Qurbanlı Dini Komitəyə sədr təyin olunandan sonra kifayət qədər ciddi mütərəqqi addımlar atılıb. Amma hər bir atılan addım cəmiyyət tərəfindən müxtəlif reaksiya ilə qarşılanır. İnsanların dini anlayışı kökündən yanlışdır. Azərbaycanda ümumi prinsip olaraq insanlar müəyyən dərəcədə gözə soxmamaq, göstərişlə ibadət etməmək və başqa ənənələri yaşatmadıqlarına görə, ölkədə az qalıb ki, hamının qabağında Həcc, Kərbala, Məşhəd sözləri yazılsın. Bu o deməkdir ki, hamı ibadəti göstəriş üçün edir. Deyəndə ki, israfçılıq pis şeydir, Allahın qanunları budur ki, özününüzü əziyyətə salmayın, ölənlər üçün belə təmtəraqlı yas mərasimləri keçirilməməlidir, toylarda aşırı dərəcədə məsrəflərə yol verilməlidir, yığılan pulu bəylə-gəlinə versinlər, bu zaman cəmiyyətin çox cuzi bir hissəsi buna dəstək verdi. Cəmiyyət dedi ki, bizim adətimizlə işiniz olmasın. Vəhşi adət olsa da biz bunu yaşadacağıq. İndi hansısa bir Afrika cəmiyyətinə gedib deyirsən ki, sizin tayfa qanunlarınız müasir dünyanın prinsiplərinə ziddir. Bu zaman onlar o tayfa qanunlarından uzaqlaşırlar? Onlar əksinə bunu deyəni öldürürlər ki, sən bizim tayfa qanunlarının əleyhinə niyə çıxırsan?”.
Millət vəkli dövlətin bu istiqamətdə atdığı addımlardan da danışıb. Qeyd edib ki, təmtaraqlı mərsimlər keçirmək insanların öz istəkləri ilə bağlıdır: 
“Dövlət neynəsin? Dövlət əlindən gələni etdi ki, bu tayfa qanunlarımız yanlışdır. İnsanlar isə bildirdilər ki, qanunlarımız pis də olsa biz bu adətlərimiz davam etdirəcəyik. Bundan sonra da hər şeyi insanların öhdəsinə buraxıblar. Kimin ağlı varsa, deyilən bu tövsiyyəyə əməl edir. Bu zorla ola bilməz. İnsanın öz istəyi ilə bağlıdır”.
F. Mustafa toy məclislərinin təmtəraqlı keçirilməsinə də münasibət bildirərək qeyd edib ki, Bakıda toy keçirmək mafia məsələsidir:
“Altenativ yol qoyulmayıb. Ancaq konkret 50-100 şadlıq evi var və oradakı qiymətlər də ortalıqdadır. Başqa yer yoxdur ki, gedib orada sadə və normal bir toy keçirəsən. İnsanların sadə toy keçirmək imkanları da məhduddur. Toy məsələsinə ümumiyyətlə mane olacaqlar. Çünki orada pul, gəlir, qiymətlərin tənzimlənməsi məsələsi var. Bazarlada satılmayan o xarab məhsulların əhaliyə yedizdirilməsi məsələsi də var. Hansı ölkədə dünəndən qalan salatı insana yedirdillər. Azərbaycanda insanların mədəsi bunu götürür. Onların mədəsini dəyişdirməyəcəyik ki? Heç kəs etiraz eləmir. Etiraz olmayanda da ortada hər hansı bir dövlət qurumu, Dini Komitə qalır. Onlar nə etməlidir. Durub cəmiyyətə deməlidirlər ki, qanun çıxardırıq ki, bunu etməyin? Qanun verirsən piyada yenə də yer altı keçidlə keçmir ki, onlar yenə də yolun üstü ilə gedirlər. Məcburi bir şey edəndə də insanların beynində dövlətə qarşı qəzəb yaranır”-deyə deputat vurğulayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024