Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (13-11-2014, 23:08)
Abdulla Abdullayevdən nə xəbər?

Həbsdə olan biznesmen Abdulla Abdullayevin vəkili Əkbər Bağırov noyabrın 13-də “Media forum” saytına açıqlama verib.


Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanır. Vəkili bildirib ki, məhbusun saxlanma şəraitindən şikayəti yoxdur, səhhəti normaldır: “Abdulla Abdullayevin ailə üzvləri ilə görüşündə müəyyən problemlər var. Bu barədə müvafiq müraciətlərimiz olub, vəsatətlər vermişik”.

Əkbər Bağırov qeyd edib ki, iş üzrə istintaq hərəkətləri davam etdirilir: “İstintaqın gedişinə uyğun müdafiə hərəkətləri də aparılır. Biz əvvəlcədən ittihamla razı deyildik, mövqeyimiz indi də belədir”.

Abdulla Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılandan sonra dekabrın 12-dək qüvvədə olduğunu deyən vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsinin həbsin uzadılması haqda sentyabr ayında çıxardığı son qərardan apellyasiya şikayəti verib, amma şikayət təmin olunmayıb.

Abdulla Abdullayev aprelin 4-də tutulub. Baş Prokurorluq onu 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024