Qanunvericilikdə qonşuluq münasibətləri necə tənzimlənir?
Qonşuluq hüququ Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 170-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə nəzərdə tutulur:
• İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
• Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
• Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.
• Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.
Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
Yuxarıda qeyd etdiyimiz maddəni xatırlatma səbəbimizi birazdan diqqətinizə çatdıracağıq.
Əslində, bu mövzu elə bir ciddi mövzudur ki, burada konstitusiyanın müvafiq qanununun bir çox maddələrini xatırlatmağa ehtiyac var.
Amma, biz söhbətimizin "mustafası"na keçməzdən əvvəl haqqında konstitusiya qanunlarını qeyd etmədiyimiz qanunsuz tikintilərlə bağlı bir-iki kəlmə yazmaq istəyirik.
Belə ki, ev tikməzdən əvvəl yerli hökumətdən tikinti icazəsi (Şəhərsalma Məcəlləsi, maddə 51, 17 -ci hissə) almalısınız. Bu sənəd sonrakı tikinti, eləcə də bitmiş binanın qanuni istismara verilməsi üçün lazımdır.
Yanğın məsafəsi.
Ekstremal binalar və bina qrupları arasında ən azı 6 m (taxta çərçivəli binalar arasında - 15 m) olmalıdır.
Evdən əlavə tikiliyə qədər olan məsafə:
Eyni SNiP -ə uyğun olaraq, bir tövlə, hamam və ya başqa bir tikinti evi evə bitişik ola bilər, ancaq kiçik heyvandarlıq və quşçuluq üçün evlərin girişindən 7 metr və ya daha çox məsafədə yerləşən ayrı bir girişi olmalıdır. Qaraj, bütün sanitariya və yanğın təhlükəsizliyi standartlarına riayət olunmaqla ayrı -ayrılıqda dayana bilər, təsərrüfat binasına və ya evə tikilə və ya tikilə bilər. Qarajın tikintisi üçün icazə tələb olunmur (Şəhərsalma Məcəlləsi, Art. 51, 3 -cü hissə).
Yuxarıda, videogörüntdə gördüyünüz, "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına müraciət edən İmişli rayon "Yalavaclı" kənd sakini Şirinova Saray Sahil adlı qonşusundan narazıdır.
Qeyd edək ki, Sahib adlı şəxs bir neçə ictimai-iaşə obyektləri olan sahibkardır. Saray xanımın az qala evinin dibində tikdirdiyi bu tikili də biznes məqsədilə nəzərdə tutulmuş obyektdir.
Tikintinin evinə və həyətinə vurduğu ziyanları yuxarıda videogörüntüdə xanımın öz dilindən dinlədiyiniz üçün bu barədə təkrar yazıb vaxtınızı almaq istəmirik.
Xanımın redaksiyamıza ünvanladığı bu videomüraciətdən sonra, sözügedən tikintinin sahibi olan Sahil adlı sahibkarla telefon əlaqəsi saxladıq.
Sahil bəy bizə bildirdi ki, "hər sənədim qaydasındadır. O qadın öz evini satmaq üçün belə edir".
Qeyd: Əslində, xanım özü də bizə bildirmişdir ki, "Sahil mənə evimi ona satmağımı təklif etdi, amma verdiyi məbləğ məni qane etmir. Çox az pul təklif edir."
Biz Sahil bəydən tikinti üçün icazə və digər qanuni sənədlərinin olub olmadığını soruşduq.
Sahil bəy cavab verdi ki, bütün sənədləri var, qaydasındadır. Hətta, baxmağımız üçün şəklini çəkib, bizə də göndərə bilər. Biz də razılaşdıq. Bundan sonra isə Sahil bəy bildirdi ki, '2-3 gün gözləyin sənədlər gələcək, onda çəkib göndərəcəm".
Sahil bəyin sözünün əvvəlində hazır olduğunu, axırında 3 günə hazır olacağını bildirdiyi tikinti sənədlərindən artıq 1 həftədir ki, heç bir xəbər yoxdur.
Qeyd: Saray xanım qeyd edir ki, sözügedən tikinti barəsində Fövqəladə Hallar Nazirliyinə də müraciət edib, bundan sonra heç bir qanuni sənədi olmadığı üçün həmin obyektin tikintisi dayandırılıb.
Buradan, sual doğur!
Bəs o boyda qanunsuz tikintinin aparılmasına icazəni kim verib?
Bəs həyətlərimizdə apardığımız tikintilər zamanı nəyinki tikilinin, hətta ustanın başını hasarın üstündən görən kimi özünü yetirən icra nümayəndələri və sahə rəisi hara baxırdı?
Yəni, doğrudan qonşusunun evini "ağuşunda gizlədən" bu boyda obyekti görmürdülər?
Deyək ki, görmədilər, bəs Saray xanımın şikayətlərini də mi dinləmədilər?!
İmişli RİH Memarlıq və Tikinti şöbəsi buna icazə veribsə səbəbi nədir?
Verməyibsə, xəbərdar olduqdan sonra niyə lazımi tədbirlər görməyib?
Mövzuya qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Dogruxeber.az
Araşdırma (25-10-2021, 13:30)
İmişlidə qanunun icazə vermədiyi tikintiyə kmlər icazə verir? - VİDEOGİLEY
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024