Azərbaycanın növbəti 10 il üzrə sosial-iqtisadi inkişafına dair milli prioritetləri müəyyənləşdirilib. Milli prioritetlərdə dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” kimi islahatlar öz əksini tapıb.
Keçən onillik üzrə də buna bənzər prioritetlər var idi. Amma ortada olan nəticələr ürəkaçan deyil. Bəs, bu dəfə necə olacaq? Elan olunan priortetlər ölkədə yeni iqtisadi modelə keçidi təmin edəcəkmi?
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Press Klub”a açıqlamasında bildirdi ki, Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetlər üzrə 5 əsas prioritetdən biri məhz rəqabət qabiliyyətli iqtisadiyyatdır:
“Bu məqsədlə qarşıdakı on ildə dövlət investisiyalarının və şirkətlərinin faəliyyətinin iqtisadi səmərəsi yüksəldiləcək, şəffaflıq səviyyəsi artırılacaq, kölgə iqtisadiyyatı minimuma endiriləcək. Adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunacaq, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artacaq, qiymətlərin aşağı və stabil olması təmin ediləcək, bank kreditlərinin təminatı məsələlərində bürokratik əngəllər aradan qaldırılacaq.
Biz növbəti illərdə həm kölgə iqtisadiyyatının səviyyəsinin minimallaşdırılmasını, iqtisadiyyatın daha da liberallaşdırılmasını müşahidə edəcəyik. Kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə inzibati tədbirlərlə yanaşı, həm də stimullaşdırıcı mexanizmlər vasitəsilə həyata keçiriləcək. Bu, xüsusən də biznesin təşviq edilməsi və rəsmi məşğulluğun dəstəklənməsi kimi tədbirləri özündə ehtiva edəcək”.
Bayramov əlavə etdi ki, milli prioritetlərin əsas istiqamətlərindən biri də sosial təminatın gücləndirilməsidir:
“Bura xüsusilə ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi, pensiya, müavinət və təqaüd ödənişlərinin minimum məbləğlərinin artırılması daxildir. Ən əsası isə pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılacaq. Mövcud prioritetlərin reallaşması imkan verəcək ki, minimum və eləcə də orta pensiya məbləğində artımlar müşahidə olunsun. Eyni zamanda, bu, imkan verəcək ki, pensiya kapitalındakı yığımla orta pensiya məbləği arasındakı mütənasibliyi daha da gücləndirmək mümkün olsun. Yığımlara uyğun olaraq vətəndaşlarımızın daha çox pensiya almasına imkan yaranacaq”.
Deputat qeyd etdi ki, milli prioritetlərdə diqqət çəkən növbəti vəzifələr işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi, həmin bölgələrdə iqtisadi fəaliyyətin bərpasıdır:
“Sözügedən ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması nəzərdə tutulur. Bu prosedə dövlət-özəl sektor tərəfdaşlığı planlaşdırılır”.
REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli isə bildirdi ki, sözügedən konsepsiya sanki bundan əvvəl qəbul olunmuş “Azərbaycan 2020” adlı konsepsiyanın davamıdır:
“Bu, onun modernləşdirilmiş formasıdır. Təəssüf ki, Azərbaycan 2020-ci ilə qədər nəzərdə tutulan hədəflərə çata bilmədi. Biz sanki bu hədəflərin bir on il də uzadılması prosesinin şahidi oluruq. Bir on il də uzadılar ki, 20-ci ilə qədər çata bilmədik, 30-cu ilə çatarıq…”
İqtisadçı konsepsiyanın detallarından saatlarla danışmağın mümkünlüyünü vurğuladı:
“Məsələn, rəqabətli iqtisadiyyat məmur iqtisadiyyatının sonu, məhkəmə hakimiyyətinin azad olması, xarici investorlar üçün yaxşı şərait, dövlətin iqtisadiyyatda birbaşa iştirakının minimuma enməsi, çevik gömrük və vergi sistemi deməkdir. Bunların hamısı özündə bunları ehtiva etməlidir. Bütün bunların hamısı üçün ayrı-ayrı qanunlar toplusuna ehtiyac var. Çünki ölkədə bu sahələrdə problemlər mövcuddur”.
Eksperti narahat edən məsələ odur ki, “Azərbaycan 2020” konsepsiyasında yer almayan idarəetmə islahatları “Azərbaycan 2030” konsepsiyasında da yoxdur:
“Bu, çox ciddi problemdir. Çünki Azərbaycanda iqtisadiyyatda baş verən problemlərin kökündə iqtisadi məsələlər durmur. Əsas məsələ idarəetmənin problemləridir. İdarəetmə fəlsəfəsi, oyun qaydaları, sistem dəyişməlidir. Mən şəxsən çox istəyərdim ki, bu tipli proqram sənədləri açıqlanarkən bununla bağlı ciddi ipucları olsun. Məsələn, Konstitusiya islahatları, idarəetmənin təkmilləşdirilməsi, yerli özünüidarəetmənin gücləndirilməsi, mer seçkiləri ilə bağlı da məqamlar olmalı idi. Ölkədə bu cür struktur və fundamental dəyişikliklər olmalıdır ki, bunun nəticəsində də iqtisadiyyatda atılan addımlar öz effektini versin. Təəssüf ki, biz bunları görmürük. Sanki idarəetmə sisteminə toxunmaq istəmirlər. Halbuki ən böyük problem ordadır. Sistem artıq işləmir. Yeni sistemə, yeni Konstitusiyaya, yeni idarəetmə formasına ehtiyac yaranıb”. //PRESSKLUB.AZ//
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024